Zakir Həsənov XƏSTƏLƏNDİ
08 Noyabr 2026, 16:34
Qaynar xətt:
(+99450) 247 90 86
REDAKTORUN SEÇİMİ
1715
11.10.2021, 09:25
Sümük suyunun faydasını bilsəniz hər gün istifadə edəcəysiniz
Oxu24.com xəbər verir ki, Bəzi qidalar var ki, bir vaxtlar mətbəximizdə geniş istifadə olunardı, ancaq zamanla unudulub. Halbuki həmin qidalar o dövrün insanlarının sağlam, cüssəli olmasında böyük rol oynayıb.
Ev heyvanlarının əti və sümüyü insan orqanizmini lazımı maddələrlə təmin edən qidalardan ən önəmlisidir. Əsrlər boyu istifadə olunan sümük suları, zəngin vitaminlər və minerallar sayəsində insan sağlamlığına çox faydalıdır.
Suyun tərkibində olan bütün vitaminlər və minerallar xüsusilə zəif əzələləri olan xəstələrə məsləhətdir.
Sümük suyu istehlakının artması xərçəngə qarşı yüksək təsirli bir qidadır. Tam şəfa olan sümük suyunun faydalarını öyrənəndə, hər gün içmək istəyəcəksiniz. Sümüklü ətin uzun müddət az odda bişirmək kolagen, qlutamin, prolin, qlisin kimi aminositlərin üzə çıxmasını təmin edir.
Qaynayarkən tərkibində olan bütün vitaminlər və mineralların suya çıxdığına görə həkimlər xüsusilə zəif əzələləri olan xəstələrə məsləhət görürlər. Dünyada məşhur olan sümük suyu, meyvə sularının satıldığı kimi satılır. Amerika küçələrində hər üç nəfərdən birinin əlində sümük suyu görmək olar.
Ümumiyyətlə yeməkdə istifadə etdiyimiz sümük suyu təkcə şorba kimi yeyilir. İribuynuzlu heyvanların sümüklərindən edilən bu şorbalar daha çox faydalıdır.Onlar içərisində olan ilik insan bədənindəki ilik kimi eyni olduğundan, sümüklərin güclənməsini təmin edir. Mütəxəssislər müntəzəm olaraq uşaqların, yeniyetmələrin və hamilə qadınların istifadəsini təklif edirlər. Sümük suyu, proqressiv yaşda sümük zəifləməsinin qarşısını alır.
-Yuxarı yaşlı insanlarda çox görünən sümük zəifliyini bərpa etmək üçün gündə bir stəkan sümük suyu içmək lazımdır. Sümük suyu kollagen, glutamin və prolin kimi maddələr ehtiva edir. Bu maddələr insan orqanında da var, amma onların miqdarı azdır və bu da ciddi sağlamlıq problemlərinə səbəb olur. Lakin sümük şirəsinin müntəzəm istifadəsi bunun qarşısını alır.
Tibbin atası olan Hippokrat xəstəliklərin bağırsaqlardan başladığını deyib.
Buna görə də bədənimizi müalicə edərkən ilk növbədə bağırsaqlardan başlamalıyıq. Bağırsaqların müalicəsində ən effektiv üsul isə sümük suyundan istifadə etməkdir.
Kalsium, maqnezium, fosfor, kükürd kimi minerallar sümük suyunun tərkibində bədənin asanlıqla qəbul edəcəyi formada olur.
Bu suyun artıq professional satışı ilə məşğul olan kafelər belə açılıb. Sümük suyunun faydalı ola bilməsi üçün hazırlanma prosesi çox önəmlidir. Burada sərbəst formada hərəkət edən və orqanik qidalarla bəslənən heyvanların sümüyündən istifadə etmək vacibdir. Sümük suyu jelatin formasına gələnə qədər bişirilməlidir. Sümük suyunu bişirilmiş halda 3 ay müddətində soyuducuda saxlamaq mümkündür.
Xüsusilə, soyuq aylarda istifadəsi daha effektiv olan bu təam uşaqlar üçün əvəzedilməz immun qoruyucusu, qadınlar üçün cavan qalmağın ən yaxşı üsulu və yaşlılar üçün sümük ağrılarının təbii dərmanıdır.
14:58 / 10 Noyabr 2026
363
14:55 / 10 Noyabr 2026
87
14:48 / 10 Noyabr 2026
95
14:23 / 10 Noyabr 2026
181
14:20 / 10 Noyabr 2026
507
14:09 / 10 Noyabr 2026
144
14:00 / 10 Noyabr 2026
666
13:44 / 10 Noyabr 2026
100
13:38 / 10 Noyabr 2026
329
13:26 / 10 Noyabr 2026
1329
13:24 / 10 Noyabr 2026
122
13:20 / 10 Noyabr 2026
305
13:05 / 10 Noyabr 2026
156
13:00 / 10 Noyabr 2026
124
12:37 / 10 Noyabr 2026
477
12:31 / 10 Noyabr 2026
122
12:21 / 10 Noyabr 2026
529
12:18 / 10 Noyabr 2026
148
12:04 / 10 Noyabr 2026
153
12:00 / 10 Noyabr 2026
331
11:45 / 10 Noyabr 2026
2668
11:42 / 10 Noyabr 2026
115
11:39 / 10 Noyabr 2026
136
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.