Qaynar xətt:

(+99450) 247 90 86

Azərbaycanda dəhşət: Dəniz kənarında meyiti tapılan qadın görün kim imiş

Azərbaycanda dəhşət: Dəniz kənarında meyiti tapılan qadın görün kim imiş

REDAKTORUN SEÇİMİ

2728

01.10.2021, 10:21

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Astara rayonunda dəniz sahilindən 62 yaşlı qadının meyiti tapılıb.

Oxu24.com -un  verdiyi xəbərə görə, hadisə sübh saatlarında Şahağacı kəndində qeydə alınıb.

Belə ki, 1959-cu il təvəllüdlü Validə Əlişah qızı Dadaşova gecə vaxtı evdən xəbərsiz çıxıb. Həyat yoldaşı, 1945-ci il təvəllüdlü Sədaqət Ağahəsən oğlu Dadaşov oyananda yoldaşının evdə olmadığını görüb, onu axtarmağa başlayıb.

O, evdə stolun üstündə “Məni dəniz qırağında axtarın” cümləsi yazılmış kağız görüb. Evləri dənizə yaxın olduğundan qohumlarla birlikdə onun axtarışlarına başlayıb.

Ayaqqabılarının tapıldığı ərazidə V.Dadaşovanın cansız bədəni tapılaraq sudan çıxarılıb. Ailə üzvlərinin sözlərinə görə, mərhum uzun illər ruhi-əsəb xəstəliyindən müalicə alıb.

Meyit müayinə olunmaq üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə təhvil verilib. Ölüm səbəbi ekspertizanın rəyindən sonra məlum olacaq.

Faktla bağlı Astara Rayon Prokurorluğunda araşdırma aparılır.report