Zakir Həsənov XƏSTƏLƏNDİ
08 Noyabr 2026, 16:34
Qaynar xətt:
(+99450) 247 90 86
REDAKTORUN SEÇİMİ
3833
15.08.2021, 12:24
AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutu Landşaftşünaslıq və landşaft planlaşdırılması şöbəsinin aparıcı elmi işçisi, coğrafiya üzrə fəlsəfə doktoru, dosent Elxan Məmmədbəyov vəfat edib.
Bu barədə institutdan Oxu24.com-a məlumat verilib. Məlumata görə, o, 62 yaşında dünyasını dəyişib.
Elxan Şərif oğlu Məmmədbəyov 1959-cu ildə Sabirabad rayonunun Yolçubəyli kəndində anadan olub. 1983-cü ildə Azərbaycan Dövlət Universitetinin geoloji-coğrafiya fakültəsini bitirib. Həmin ildən AMEA Coğrafiya institutunun "Toponimika" (coğrafi adlar) şöbəsində laborant kimi işə başlayıb. 1986-1990-cı illərdə Coğrafiya institutunun landşaftşünaslıq şöbəsinin aspirantı olub. 1986-1995-ci illərdə "Aerokosmik metodlar" bölməsində kiçik elmi işçi, elmi işçi, böyük elmi işçi vəzifələrində çalışıb.
1992-ci ildə "Kiçik Qafqazın cənub-şərq yamacı landşaftlarının antropogen dinamikası" mövzusunda namizədlik dissertasiyası müdafiə edib.
E.Məmmədbəyov təbii və antropogen landşaftlar, aerokosmik metodların coğrafi tədqiqatlara tətbiqi və eləcə də toponimika sahəsində əhəmiyyətli nailiyyətlər əldə edib. Aerokosmik tədqiqat metodları əsasında Kiçik Qafqazın cənub-şərq hissəsi təbii landşaftlarının antropogen təsirlər nəticəsində inkişaf meyllərini, dinamikası və differensassiya xüsusiyyətlərini öyrənib. Xüsusilə, landşaftların ayrı-ayrı tarixi dövrlərdə dinamikasını müəyyənləşdirməklə, Azərbaycanın paleocoğrafi təkamülü məsələsinin öyrənilməsində yeni yollar açıb. Kür-Araz ovalığı müasir landşaftlarının tədqiqi nəticəsində ərazinin ekoloji-coğrafi xüsusiyyətlərini, səhralaşma ocaqlarını müəyyən edib və xəritələşdirib. Landşaftların ekoloji təhlükəsizliyini təmin etmək məqsədilə onun təbii ehtiyat potensialını müəyyən edib və qiymətləndirib.
O, 60-dan artıq elmi, elmi-kütləvi məqalələrin müəllifidir. Azərbaycan coğrafiya elminin nailiyyətlərini beynəlxalq elm aləmində təbliğ edib.
Bakı Dövlət Universitetinin müəllimi olub.
Coğrafiya İnstitutunun kollektivi Elxan Məmmədbəyovun vəfatından kədərləndiyini bildirib və mərhumun ailəsinə, eləcə də bütün onu sevənlərə dərin hüznlə başsağlığı verib.
Allah rəhmət eləsin!

11:34 / 11 Noyabr 2026
1
11:28 / 11 Noyabr 2026
42
11:16 / 11 Noyabr 2026
190
11:13 / 11 Noyabr 2026
61
11:11 / 11 Noyabr 2026
77
11:06 / 11 Noyabr 2026
75
10:56 / 11 Noyabr 2026
237
10:51 / 11 Noyabr 2026
91
10:48 / 11 Noyabr 2026
77
10:45 / 11 Noyabr 2026
91
10:33 / 11 Noyabr 2026
87
10:19 / 11 Noyabr 2026
91
10:13 / 11 Noyabr 2026
86
10:10 / 11 Noyabr 2026
88
10:10 / 11 Noyabr 2026
256
10:09 / 11 Noyabr 2026
145
09:56 / 11 Noyabr 2026
82
09:37 / 11 Noyabr 2026
879
09:35 / 11 Noyabr 2026
121
09:29 / 11 Noyabr 2026
95
09:25 / 11 Noyabr 2026
104
09:24 / 11 Noyabr 2026
89
09:22 / 11 Noyabr 2026
124
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.