Qaynar xətt:

(+99450) 247 90 86

ƏHALİYƏ XƏBƏRDARLIQ: Altı gün davam edəcək

ƏHALİYƏ XƏBƏRDARLIQ: Altı gün davam edəcək

REDAKTORUN SEÇİMİ

8051

02.05.2021, 00:41

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Nazirlər Kabinetinin Qərarına əsasən, Azərbaycan Respublikasının ərazisində iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2021-ci ilin 11 və 12 may iş günləri ilə müvafiq olaraq 8 may və 16 may istirahət günlərinin yerləri dəyişdirilib.

Redaktor.az xəbər verir ki, bu barədə Nazirlər Kabinetindən bildirilib.

Bununla da Ramazan bayramı günləri də daxil olmaqla mayın 9-dan 15-dək qeyri-iş günləri olacaq. İş mayın 16-dan başlayacaq.

Nazirlər Kabinetinin digər Qərarına əsasən, 9 may saat 00:00-dan 16 may saat 06:00-dək ölkə ərazisində ictimai nəqliyyatın fəaliyyəti dayandırılacaq.