Lənkəranda bir ailənin 9 üzvü qidadan zəhərlənib
12 Noyabr 2026, 17:19
Qaynar xətt:
(+99450) 247 90 86
REDAKTORUN SEÇİMİ
1171
21.04.2021, 08:29
Rusiya sülhməramlı kontingentinin humanitar minatəmizləmə şirkətinin mühəndis-istehkamçı qrupları Dağlıq Qarabağ ərazisini mina təhlükəsi və partlayıcı obyektlərdən təmizləməyə davam edir”.
Oxu24.com xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin (MN) bu gün yaydığı məlumatda bildirilir.
"Hazırda rusiyalı istehkamçılar şəhər tipli Qırmızı Bazar qəsəbəsinin kənarında partlayıcı maddələr axtarır. Silahlı münaqişə zamanı əvvəllər yerli sakinlər tərəfindən becərilən əkinçilik əraziləri top atəşinə məruz qalmışdı.
Rusiya sülhməramlı kontingentinin humanitar minalardan təmizlənmə hissəsinin hərbi qulluqçuları təxminən beş hektar əkin sahəsinin tam təmizlənməsini həyata keçirdi. Görülən işlər sayəsində yerli fermerlər torpaq becərməyə və tut əkinlərinə qulluq etməyə qayıda bilərlər” - açıqlamada deyilir.
Məlumata görə, ümumilikdə, 23 noyabr 2020-ci il tarixindən etibarən Rusiya sülhməramlı kontingentinin humanitar minalardan təmizlənmə hissəsinin hərbi qulluqçuları 2012 hektar ərazini, 620 kilometr yolu partlamamış hərbi sursatlardan təmizləyib, 30 sosial əhəmiyyətli obyekt daxil olmaqla 1716 ev və binanı yoxlayıb, 25 580 partlayıcı aşkar edilərək zərərsizləşdirilib.
"Bölgənin partlayıcı maddələrdən təmizlənməsində yardım göstərməklə yanaşı, dünən rus sülhməramlıları Dağlıq Qarabağdakı sərhəd xəttinin dərhal yaxınlığında yerləşən Amaras və Dadivank (Xudavəng – red.) monastırlarına 50-dən çox zəvvarın müşayiətini təşkil etdilər.
Dadivank (Xudavəng) manastırı ən qədim xristian monastırlarından biridir və üçtərəfli bir bəyanata uyğun olaraq 2020-ci ilin noyabrında Azərbaycanın nəzarətinə keçən Kəlbəcər bölgəsi ərazisindədir”, - deyə Rusiya MN-dən bildirilib.
(Modern.az)
18:07 / 12 Noyabr 2026
21
17:53 / 12 Noyabr 2026
50
17:19 / 12 Noyabr 2026
64
16:25 / 12 Noyabr 2026
82
16:21 / 12 Noyabr 2026
103
15:55 / 12 Noyabr 2026
95
15:36 / 12 Noyabr 2026
461
15:15 / 12 Noyabr 2026
163
15:12 / 12 Noyabr 2026
95
14:15 / 12 Noyabr 2026
182
14:04 / 12 Noyabr 2026
470
13:59 / 12 Noyabr 2026
370
13:55 / 12 Noyabr 2026
126
13:45 / 12 Noyabr 2026
246
13:36 / 12 Noyabr 2026
345
13:29 / 12 Noyabr 2026
145
13:21 / 12 Noyabr 2026
164
13:20 / 12 Noyabr 2026
189
13:18 / 12 Noyabr 2026
610
13:16 / 12 Noyabr 2026
188
13:07 / 12 Noyabr 2026
515
13:04 / 12 Noyabr 2026
124
13:00 / 12 Noyabr 2026
134
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.