Lənkəranda bir ailənin 9 üzvü qidadan zəhərlənib
12 Noyabr 2026, 17:19
Qaynar xətt:
(+99450) 247 90 86
REDAKTORUN SEÇİMİ
1406
20.04.2021, 17:36
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən başqa ölkələrdən respublikamızın ərazisinə keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunmaq məqsədilə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatından (OIE) daxil olan məlumatlar əsasında dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlər həyata keçirilir.
AQTA-dan Oxu24.com-a verilən məlumata görə, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (OIE) məlumatına əsasən, Əlcəzair Xalq Demokratik Respublikasının Batna və Umm El Buaqi, Cənubi Afrika Respublikasının Qautenq, Finlandiya Respublikasının Qərbi Finlandiya, Rusiya Federasiyasının Krasnodar inzibati ərazi vahidlərində yüksək patogen quş qripi xəstəliyi, Cənubi Afrika Respublikasının Qərbi Keyp inzibati ərazi vahidlərində aşağı patogen quş qripi xəstəliyi, Cənubi Afrika Respublikasının Qərbi Keyp inzibati ərazi vahidlərində atların Afrika taun xəstəliyi, Cənubi Afrika Respublikasının Limpopo və İsrail Dövlətinin Hazafon inzibati ərazi vahidlərində dabaq xəstəliyi qeydə alınıb.
Respublika ərazisinin başqa ölkələrdən keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunması məqsədilə Cənubi Afrika Respublikasının Limpopo və İsrail Dövlətinin Hazafon inzibati ərazi vahidlərindən bütün növ diri heyvan və heyvan mənşəli məhsulların, Cənubi Afrika Respublikasından diri atların, o cümlədən OIE-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə əsasən zonalaşma prinsipi nəzərə alınmaqla, Əlcəzair Xalq Demokratik Respublikasının Batna və Umm El Buaqi, Cənubi Afrika Respublikasının Qautenq və Qərbi Keyp, Rusiya Federasiyasının Krasnodar, Finlandiya Respublikasının Qərbi Finlandiya inzibati ərazi vahidlərində xəstəliyin qeydə alındığı yerlərdən bütün növ diri quş, quş əti və damazlıq yumurtanın idxalına müvəqqəti məhdudiyyət tətbiq olunub.
Eyni zamanda, nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə Əlcəzair Xalq Demokratik Respublikasından, Cənubi Afrika Respublikasından, Finlandiya Respublikasından və Rusiya Federasiyasından gələn, yaxud tranzitlə keçən nəqliyyat vasitələri ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə müraciət olunub.
18:26 / 12 Noyabr 2026
27
18:16 / 12 Noyabr 2026
37
18:15 / 12 Noyabr 2026
47
18:07 / 12 Noyabr 2026
51
17:53 / 12 Noyabr 2026
67
17:19 / 12 Noyabr 2026
72
16:25 / 12 Noyabr 2026
88
16:21 / 12 Noyabr 2026
114
15:55 / 12 Noyabr 2026
102
15:36 / 12 Noyabr 2026
498
15:15 / 12 Noyabr 2026
179
15:12 / 12 Noyabr 2026
101
14:15 / 12 Noyabr 2026
187
14:04 / 12 Noyabr 2026
488
13:59 / 12 Noyabr 2026
386
13:55 / 12 Noyabr 2026
129
13:45 / 12 Noyabr 2026
251
13:36 / 12 Noyabr 2026
360
13:29 / 12 Noyabr 2026
149
13:21 / 12 Noyabr 2026
168
13:20 / 12 Noyabr 2026
192
13:18 / 12 Noyabr 2026
625
13:16 / 12 Noyabr 2026
192
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.