Qaynar xətt:

(+99450) 247 90 86

GÜNÜN ACI XƏBƏRİ! Məşhur azərbaycanlı olimpiya çempionu VƏFAT ETDİ

GÜNÜN ACI XƏBƏRİ! Məşhur azərbaycanlı olimpiya çempionu VƏFAT ETDİ

REDAKTORUN SEÇİMİ

1932

20.04.2021, 13:38

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
Voleybolçu qadınlar arasında azərbaycanlı olimpiya çempionu Vera Lantratova vəfat edib.
Report-un məlumatına görə, Lantratova 74 yaşında dünyasını dəyişib. Keçmiş idmançının ölüm səbəbi barədə məlumat verilməyib.
Bakıda anadan olmuş Vera Lantratova klub səviyyəsində yalnız "Neftçi" komandasında çıxış edib. Lantratova "ağ-qaralar"ın heyətində 1966 və 1970-ci il SSRİ çempionatlarıının bürünc mükafatçısı olub. 1967-ci ildə isə o, Azərbaycan SSR yığmasının tərkibində SSRİ çempionatının və SSRİ xalqları Spartakiadasında gümüş medalını qazanıb. Qeyd edək ki, Vera Lantratova 1968-ci ildə SSRI yığmasının heyətində Yay Olimpiya Oyunlarının qalibi olub. O, 1967-ci il Avropa və 1970-ci il dünya çempionatında qızıl medal qazanıb.