Qaynar xətt:

(+99450) 247 90 86

SON DƏQIQƏ! Bakıda 11 avtomobil toqquşdu: Xeyli sayda yaralı var

SON DƏQIQƏ! Bakıda 11 avtomobil toqquşdu: Xeyli sayda yaralı var

REDAKTORUN SEÇİMİ

2245

22.01.2021, 08:18

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
Bakının Xəzər rayonunda yolun buz bağlaması yol qəzasına səbəb olub.
APA xəbər verir ki, hadisə Mərdəkan qəsəbəsindən şəhərin mərkəzi istiqamətində olan körpünün üzərində baş verib. Əvvəlcə yolun buz bağlaması "VAZ 2107" markalı avtomobil sürücüsünün sükana nəzarətini itirməsinə səbəb olub. Avtomobil arakəsməyə çırpılaraq iki yerə bölünüb. Daha sonra yolun sürüşkən olması 10 avtomobilin toqquşması ilə nəticələnib. Qeydə alınan qəza zamanı ümumilikdə 8 nəfər xəsarət alıb.
Əraziyə-hüquq mühafizə orqanı əməkdaşları cəlb edilib. Hazırda körpünün üzərində hərəkət məhdudlaşdırılıb. AAYDA-nın xüsusi texnikası vasitəsilə yola qum və duz səpilir.