Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
47005
az

SON DƏQIQƏ! Dolların ucuzlaşması gözlənilir

08:4521 Yanvar, 2021
2306
REDAKTORUN SEÇİMİ
  • A
ABŞ Federal Ehtiyat Sisteminin (FED) keçmiş rəhbəri və hazırda Maliyyə naziri postuna namizədliyi irəli sürülən Canet Yellen dolların uzunmüddətli enişinə səbəb ola bilər. Oxu24.com-un məlumatına görə, bunu “Bloomberg”ə müsahibə verən mütəxəssislər bildirib. Nəşrin bildirdiyinə görə Canet Yellen dövlət büdcəsi hesabına milli iqtisadiyyatın likvidliyini artırmağı planlaşdırır. “National Australia Bank Ltd”nin mütəxəssisi Rodriqo Ketril bildirib ki, FED-in keçmiş rəhbərinin mövqeyi yeni hökumətin dolların düşməsinin qarşısını almaq üçün planlarının olmamasını göstərir. “Australia & New Zealand Banking Group Ltd” şirkətinin mütəxəssisi Hun Qoya görə Amerika hökuməti dolların zəifləməsinə etiraz etmir. Buna, Yellenin milli valyutanın bazar məzənnəsinə riayət etmək niyyətində olduğu xəbərləri də işarə edir. Yeni prezident Co Baydenin and içməsi belə dollara kömək etməyib. Gün ərzində Foreks bazarlarında dollar ucuzlaşıb - Avro/Dollar məzənnəsi 1,212 səviyyəsinə düşüb. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Güclü yanğın: Yaralı var
Taleh Kərimov qəfil vəfat edib
Gürcüstan niyə matəm elan etdi?

6 aylıq uşaq bir ayda 45 min dollar qazandı - FOTO

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Fil insanı belə öldürdü - VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Protez və implantlara alternativ dərman    sınaqdan       keçirildi
Sumqayıtda kişi avtomobildə yanaraq ölüb