Qaynar xətt:

(+99450) 247 90 86

SON DƏQİQƏ! Əhaliyə xəbərdarlıq edildi:Sabahdan etibarən...

SON DƏQİQƏ! Əhaliyə xəbərdarlıq edildi:Sabahdan etibarən...

REDAKTORUN SEÇİMİ

19739

20.01.2021, 13:39

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Yanvarın 21-də gözlənilən hava şəraiti açıqlanıb.

ETSN-nin Milli Hidrometeorologiya Xidmətindən  Oxu24.com-a  verilən məlumata görə yanvarın 21-də Bakıda və Abşeron yarımadasında havanın arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı, axşama doğru tədricən kəsiləcəyi gözlənilir. Arabir güclənən şimal-qərb küləyi günün ikinci yarısında mülayimləşəcək.

Havanın temperaturu  Abşeron yarımadasında gecə 0 dərəcəyə yaxın, gündüz 1-3, Bakıda gecə 0 dərəcəyə yaxın, gündüz 1-3 dərəcə isti olacaq.

Atmosfer təzyiqi normadan yüksək 766  mm civə sütunundan 776 mm civə sütununa yüksələcək, nisbi rütubət  80-90 faiz olacaq. 

Sabah Azərbaycanın rayonlarında arabir yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu  gecə 0-5 dərəcə şaxta, gündüz  4-7 dərəcə isti, dağlarda gecə 10-15 dərəcə şaxta, bəzi yerlərdə 20 dərəcəyədək şaxta, gündüz 3-7 dərəcə şaxta olacaq.

Dağlıq və dağətəyi rayonlarda yolların buz bağlayacağı ehtimalı var.