Qaynar xətt:

(+99450) 247 90 86

Planetimizdə kütləvi qırğın mərhələsi başlayıb

Planetimizdə kütləvi qırğın mərhələsi başlayıb

REDAKTORUN SEÇİMİ

3424

20.01.2021, 09:30

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Yer planeti sayca altıncı kütləvi qırğın mərhələsinə qədəm qoyub. Bu barədə “Frontiers in Conservation Science” elmi jurnalında dərc edilən məqalədə məlumat verilib.

Məqalənin hazırlanmasında dünyanın 17 aparıcı ekoloq və iqlimşünası iştirak edib. Onlar son illərdə ən qabaqcıl universitetlərin alimləri tərəfindən yazılmış 150-dən artıq elmi işi təhlil edərək, ümumi nəticəyə gəliblər.

Məlum olub ki, Yerdə ətraf mühitlə bağlı vəziyyət əvvəllər ehtimal olunduğundan daha sürətlə pisləşir. Alimlər güman edirlər ki, növbəti onilliklərdə planetimizdə yaşayan canlıların 20%-dən çoxu nəslinin kəsilmə təhlükəsi ilə üzləşəcək.

“Yer sakinlərini dəhşətli kütləvi qırğın gözləyir. İqlim dəyişiklikləri insanların da səhhətinin korlanması ilə nəticələnəcək”, -deyə məqalədə qeyd olunur.