Qaynar xətt:

(+99450) 247 90 86

ABŞ-dan TARİXİ BƏYANAT – Türk soyqırımını TANIDI

ABŞ-dan TARİXİ BƏYANAT – Türk soyqırımını TANIDI

REDAKTORUN SEÇİMİ

5424

19.01.2021, 22:15

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

ABŞ hakimiyyəti Çinin Sinszyan-Uyğur muxtar vilayətindəki hərəkətlərini “soyqırım” və “insanlıq əleyhinə cinayətlər” hesab edir.

Oxu24.com  xəbər verir ki, belə bəyanatla ABŞ-ın dövlət katibi Maykl Pompeo çıxış edib.

“Əlçatan faktların dəqiq öyrənilməsindən sonra mən bu nəticəyə gəldim ki, Çin Xalq Respublikası ən azı 2017-ci ilin martında Sinzyanda insanlığa qarşı cinayətlər törədib.

Bundan başqa, bu nəticəyə gəldim ki, Çin Xalq Respublikası orada soyqırım həyata keçirirdi”, – Pompeonun bəyanatında iddia edilir.

Çin Xalq Respublikası hakimiyyəti daha əvvəl rəsmi Vaşinqtonun Sinzyan Uyğur muxtar vilayətində yerli sakinlərin haqlarının və azadlıqlarının sıxışdırılması barədə iddialarını dəfələrlə rədd edib.