Lənkəranda bir ailənin 9 üzvü qidadan zəhərlənib
12 Noyabr 2026, 17:19
Qaynar xətt:
(+99450) 247 90 86
REDAKTORUN SEÇİMİ
2979
19.01.2021, 21:34
Oxu24.com xəbər verir ki, 1911-ci ildə Makedoniya ərazisində anadan olan bolqar əsilli görücü Vanqanın gələcəklə bağlı proqnozlarından bu gün də danışılır.
Onun öngörülərinin 80 faizinin doğru çıxdığı söylənilir. Bu proqnozların arasında II Dünya Müharibəsi, İndira Qandinin ölümü, Hitlerin məğlubiyyət və ölümü, Obamanın hakimiyyətə gəlməsi, Berlin divarlarının aradan götürülməsi, Putinin hakimiyyətə gəlməsi və s. faktlar var.
Kor kahin kimi tanınan Vanqa dünyanın yaşadığımız ildən sonrakı durumu haqqında da sensasiyalı proqnozlar səsləndirib.
Onların arasında, Çinin əsas iqtisadi gücə çevriləcəyi, Avropanın tamamilə kasıblayacağı, iqtisadi böhranla üz-üzə qalacağı, ABŞ-ın təbii fəlakətlərlə üz-üzə duracağı, insan genində ciddi və inqilabi dəyişimlərin olacağı kimi söyləntilər var.
Vanqa bəşəriyyət tarixində az qala bütün insanların maraq dairəsində olan Qiyamət günü haqqında da proqnozlar irəli sürüb. Qiyamət günü haqqında danışarkən artıq ömrünün son günlərini yaşayırdı.
Kor Vanqa 1996-cı ildə döş xərçəngi səbəbindən dünyasını dəyişir. Ölüm anında son sözlərini deyərkən yenə qiyamət gününü unutmur və bütün insanlara çağırış edir. O, öz çağırışında ölüm gününü bildiyini, hansı şəraitdə öləcəyinin əvvəlcədən ona məlum olduğunu da qeyd edib:
Kor Vanqanın ölən zaman yanındakı insanlara dediyi son sözləri təqdim edirik:
"Öldükdən sonra insanın vücudu çürüyür. Bədəndən bir parça qalır ki, o heç vaxt çürümür. Bu ya ruhdur, ya da adını bilmədiyim bir şeydir. İnsandan geriyə yalnız o qalır. Çürümür, daha da böyüyür. Daha üst mərtəbələrə, daha uca məqamlara doğru gedir. Bu məqamlar ruhun sonsuzluğudur. Bir-birinizdən nifrət etməyin, bir –birinizi sevin!
Siz gecələr sükut içində yatarkən mən daim Göylərin səsini dinləyərdim. Göy üzündəki zənglərin eyni ahənglə çalındığını və bütün canlıların bu ahəngə, ritmə necə tabe olduğunu eşidərdim. Həmin gecələrin sonunda çiçəklərin nə zaman açacağını, xoruzların haçan banlayacağını da bilirdim. Əgər hər gördüyümü sizlərə anlada bilsəydim….
Kainatın bildiyim, amma, sizlərə söyləyə bilmədiyim sirləri… Onlar necə də çoxdurlar. Necə də dəhşətlidirlər… Məndəki sirlər bir səddi, bəndi yıxacaq qədər çoxalıb, artıb. Artıq həmin bəndin divarları sökülür. Tanrı yardımçınız olsun”.
12:09 / 14 Noyabr 2026
65
11:58 / 14 Noyabr 2026
80
11:50 / 14 Noyabr 2026
65
11:39 / 14 Noyabr 2026
69
11:32 / 14 Noyabr 2026
78
11:19 / 14 Noyabr 2026
84
11:09 / 14 Noyabr 2026
85
11:00 / 14 Noyabr 2026
100
10:58 / 14 Noyabr 2026
92
10:46 / 14 Noyabr 2026
99
10:36 / 14 Noyabr 2026
93
10:17 / 14 Noyabr 2026
85
09:59 / 14 Noyabr 2026
104
09:46 / 14 Noyabr 2026
112
09:30 / 14 Noyabr 2026
104
09:29 / 14 Noyabr 2026
129
09:23 / 14 Noyabr 2026
127
08:09 / 14 Noyabr 2026
1640
01:15 / 14 Noyabr 2026
177
00:40 / 14 Noyabr 2026
349
00:02 / 14 Noyabr 2026
1302
23:58 / 13 Noyabr 2026
201
23:49 / 13 Noyabr 2026
199
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.