Lənkəranda bir ailənin 9 üzvü qidadan zəhərlənib
12 Noyabr 2026, 17:19
Qaynar xətt:
(+99450) 247 90 86
REDAKTORUN SEÇİMİ
903
19.01.2021, 14:09
Azərbaycanda fəaliyyət göstərən aparıcı qızıl-mədən şirkətlərindən biri olan "Anglo Asian Mining Plc" "Gədəbəy" müqavilə zonasının mərkəzi sahəsində "Zəfər" adlı yeni mis-qızıl yatağını kəşf edib.
Oxu24.com -ın şirkətə istinadən verdiyi məlumata görə, bu yataq regional kəşfiyyat sahəsinin xəritələşdirməsi nəticəsində kəşf edilib.
"Anglo Asian Mining"in baş icraçı direktoru Rza Vəziri bildirib ki, şirkət yeni kəşf üçün JORC təxminlərini hazırlamaq və faydalı qazıntıların kommersiya baxımından istismarının ən yaxşı yolunu müəyyənləşdirmək üçün lazımi işləri həyata keçirir: "Yeniliklər barədə səhmdarlara xəbər verməyi səbirsizliklə gözləyirəm".
Şirkətin direktoru Stefan Vesthed isə qeyd edib ki, "Zəfər" yatağı porfir də daxil olmaqla müxtəlif dərinliklərdə üç anomaliyanı təyin edən ZTEM hava-geofizika proqramı nəticəsində ortaya çıxan yüksək prioritetli bir hədəfdir:
"İlkin qazma işləri geoloji xəritələşdirmə, geofizika məlumatları və struktur geologiya ilə müəyyənləşdirilən ərazilərə yönəldilib və ümumi uzunluğu 7 675 metr olan 12 qazma çuxuru tamamlanıb.
Ümumilikdə, 25 kilometrə yaxın 10 profil xətti də yerüstü induksiyalı qütbləşmə üsulu ilə tamamlanıb. Üç minerallaşma zonası təyin edilib. Quyunun ən əhəmiyyətli kəsişmə yeri 113 metr dərinlikdədir və misin konsentrasiyası orada 0,5%, qızılın isə bir tona 0,7 qram təşkil edir. Minerallaşmanın qalınlığı və tərzi porfir tipli minerallaşma ilə uyğundur".
S. Vesthed əlavə edib ki, "Gədəbəy" geoloji qrupu gələcək iqtisadi qiymətləndirmə üçün yataqları inkişaf etdirmək məqsədilə oradakı minerallaşmanın davamlılığını qiymətləndirməyə davam edir.
12:25 / 14 Noyabr 2026
1
12:09 / 14 Noyabr 2026
75
11:58 / 14 Noyabr 2026
82
11:50 / 14 Noyabr 2026
67
11:39 / 14 Noyabr 2026
71
11:32 / 14 Noyabr 2026
79
11:19 / 14 Noyabr 2026
87
11:09 / 14 Noyabr 2026
88
11:00 / 14 Noyabr 2026
102
10:58 / 14 Noyabr 2026
93
10:46 / 14 Noyabr 2026
102
10:36 / 14 Noyabr 2026
94
10:17 / 14 Noyabr 2026
88
09:59 / 14 Noyabr 2026
106
09:46 / 14 Noyabr 2026
114
09:30 / 14 Noyabr 2026
105
09:29 / 14 Noyabr 2026
130
09:23 / 14 Noyabr 2026
176
08:09 / 14 Noyabr 2026
1659
01:15 / 14 Noyabr 2026
184
00:40 / 14 Noyabr 2026
356
00:02 / 14 Noyabr 2026
1308
23:58 / 13 Noyabr 2026
201
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.