Lənkəranda bir ailənin 9 üzvü qidadan zəhərlənib
12 Noyabr 2026, 17:19
Qaynar xətt:
(+99450) 247 90 86
REDAKTORUN SEÇİMİ
2159
12.01.2021, 13:15
Putin Dağlıq Qarabağ münaqişəsinin həllinə böyük diqqət yetirir, çünki bu, Rusiyanın dünya arenasında nüfuzunu artırır. Və Rusiyanın mövqelərini bütün ölkələrlə gücləndirir.
Putin, Əliyev və Paşinyan arasındakı danışıqlar uğurlu alındı.
OXU24.COM Axar.az-a istinadla xəbər verir ki, bunu rusiyalı politoloq Sergey Markov deyib.
Onun sözlərinə görə, ən əsas məsələ bölgədəki kommunikasiyanı bərpa etmək üçün baş nazir müavinlərindən yüksək səviyyəli bir işçi qrupunun yaradılmasının qəbul edilməsidir:
“Bu da o deməkdir ki:
1. Ermənistandan Rusiyaya gedən yol yaradılacaq. Bu, Ermənistanın Gürcüstandakı qərbyönümlü antirusiya rejimindən və İrandan asılılığını azaldacaq.
2. Azərbaycandan Naxçıvana və Türkiyəyə yol yaradılacaq. Yenə də Rusiya və Türkiyə Gürcüstan ərazisindən yan keçən dəmir yolu ilə birləşdiriləcək.
3. Dağlıq Qarabağın hələlik Ermənistan tərəfindən idarə olunan hissəsi ilə Azərbaycanın əsas hissəsi arasında yollar yaradılacaq. Bu, Bakının Dağlıq Qarabağın hələlik Ermənistanın nəzarətində (əslində isə rus sülhməramlılarının nəzarətində - red.) olan hissəsinin Azərbaycana inteqrasiyasının növbəti, dinc iqtisadi mərhələsinə başlamasına imkan verəcək.
4. Ermənilərlə azərbaycanlılar arasında barışıq mərhələsi başlayacaq. Putin və Əliyev onsuz da bundan danışır - bu səhifəni bağlamalı və gələcəyimizi düşünməliyik.
5. Paşinyan hərbi əsirlər ilə bağlı məsələni həll etməyin mümkün olmadığından şikayətləndi. Yəni Azərbaycan sülh müqaviləsi imzalandıqdan sonra əsir düşən 62 erməni əsgərinin Ermənistana verilməsinə razı olmadı, çünki onlar Azərbaycanın nəzarətində olan ərazilərə hərbi basqın etmişdilər.
6. Paşinyan Dağlıq Qarabağın statusu məsələsinin həll olunmadığından şikayətləndi. Ermənistan bunun Dnestryanı kimi muxtariyyət, demək olar ki, müstəqillik olmasını istəyərdi. Azərbaycan isə bunun Qaqauziya kimi ən minimum mədəni muxtariyyət olmasına razı ola bilər. Qüllələrdə kimin bayraqları olacaq? Hələ razılaşma yoxdur.
7. Yerlərdə tərəflərin bölünməsi ilə bağlı suallara da baxıldı. Bir çox detal var. Liderlər bunlara ətraflı girmədi.
8. Sülh müqaviləsinin ATƏT və ya BMT vasitəsi ilə beynəlxalq səviyyədə konsolidasiyası məsələləri nəzərdən keçirildi. Orada rolunu artırmaq və Ermənistanı daha güclü dəstəkləmək istəyən Fransanın inadkar mənfi mövqeyini aradan qaldırmaq lazımdır. Bu, Putin üçün bir işdir.
Danışıqlar hamı üçün mənfəətli bitdi. Ən çox isə Rusiya üçün. Əlbəttə ki, Putin böyük siyasətçidir”.
16:05 / 14 Noyabr 2026
19
15:45 / 14 Noyabr 2026
62
15:27 / 14 Noyabr 2026
201
15:25 / 14 Noyabr 2026
84
15:07 / 14 Noyabr 2026
160
15:05 / 14 Noyabr 2026
98
14:44 / 14 Noyabr 2026
126
14:31 / 14 Noyabr 2026
99
14:24 / 14 Noyabr 2026
493
14:19 / 14 Noyabr 2026
102
14:15 / 14 Noyabr 2026
96
14:09 / 14 Noyabr 2026
237
13:50 / 14 Noyabr 2026
2236
13:48 / 14 Noyabr 2026
125
13:16 / 14 Noyabr 2026
121
13:03 / 14 Noyabr 2026
108
12:49 / 14 Noyabr 2026
136
12:25 / 14 Noyabr 2026
127
12:09 / 14 Noyabr 2026
135
11:58 / 14 Noyabr 2026
131
11:50 / 14 Noyabr 2026
119
11:39 / 14 Noyabr 2026
114
11:19 / 14 Noyabr 2026
135
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.