Lənkəranda bir ailənin 9 üzvü qidadan zəhərlənib
12 Noyabr 2026, 17:19
Qaynar xətt:
(+99450) 247 90 86
REDAKTORUN SEÇİMİ
5591
09.01.2021, 14:34
Ölkə ərazisində elan edilən xüsusi karantin rejiminin pozulması hallarına qarşı dövlət orqanları tərəfindən qətiyyətli tədbirlər davam etdirilir.
Oxu24.com xəbər verir ki, Daxili İşlər Nazirliyi və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin əməkdaşlarının birgə keçirdikləri tədbirlər nəticəsində saxta məlumatlar və sənədlər əsasında ayrı-ayrı vətəndaşları “icazə.e-gov.az” portalında qeydiyyatdan keçirməklə onlara qanunsuz olaraq ölkə ərazisində xüsusi karantin postlarından sərbəst keçmələrinə şərait yaradan şəxslər saxlanılıblar.
Əməliyyat zamanı həmin şirkətlərdən birinin təsisçisi və direktoru olan Bakı şəhər sakini Səməd Hüseynzadənin 1000 nəfərdən artıq vətəndaşın karantin postlarından sərbəst hərəkət etmələri üçün onları öz şirkətinə pul müqabilində qanunsuz olaraq işə götürməsi müəyyən edilib.
Qeyd edilən iki dövlət qurumunun əməkdaşları tərəfindən birgə keçirilən daha bir analoji tədbir zamanı isə digər MMC-nin təsisçisi və direktoru olan Amil Əhmədov da saxlanlıb. Araşdırma zamanı onun saxta məlumatlar və sənədlər əsasında çoxsaylı vətəndaşları icaze portalından guya özünə məxsus şirkətdə işlədiklərinə dair qeydiyyatdan keçirdiyi məlum olub. Bununla da Amil Əhmədov həmin şəxslərə ölkə ərazisində xüsusi karantin postlarından sərbəst keçmələrinə qanunsuz şərait yaradıb.
Araşdırma zamanı qanunsuz qeydiyyatdan keçən şəxslərin heç birinin portalda göstərilən işlərlə məşğul olmadığı müəyyən edilib və onların icazələri ləğv olunub.
Faktlarla əlaqədar Cinayət Məcəlləsinin 139-1.1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işləri başlanılıb.MMC-lərin direktorları Səməd Hüseynzadə və Amil Əhmədov barəsində Nərimanov Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbirləri seçilib. Müvafiq araşdırmalar və əməliyyat-axtarış tədbirləri davam etdirilir.
16:20 / 14 Noyabr 2026
72
16:05 / 14 Noyabr 2026
113
15:45 / 14 Noyabr 2026
98
15:27 / 14 Noyabr 2026
245
15:25 / 14 Noyabr 2026
109
15:07 / 14 Noyabr 2026
213
15:05 / 14 Noyabr 2026
120
14:44 / 14 Noyabr 2026
152
14:31 / 14 Noyabr 2026
111
14:24 / 14 Noyabr 2026
600
14:19 / 14 Noyabr 2026
114
14:15 / 14 Noyabr 2026
105
14:09 / 14 Noyabr 2026
255
13:50 / 14 Noyabr 2026
2693
13:48 / 14 Noyabr 2026
140
13:16 / 14 Noyabr 2026
134
13:03 / 14 Noyabr 2026
116
12:49 / 14 Noyabr 2026
148
12:25 / 14 Noyabr 2026
136
12:09 / 14 Noyabr 2026
142
11:58 / 14 Noyabr 2026
141
11:50 / 14 Noyabr 2026
139
11:39 / 14 Noyabr 2026
140
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.