Lənkəranda bir ailənin 9 üzvü qidadan zəhərlənib
12 Noyabr 2026, 17:19
Qaynar xətt:
(+99450) 247 90 86
REDAKTORUN SEÇİMİ
2411
09.01.2021, 12:20
Ölkədə toyların keçirilməsinə tez bir zamanda icazə verilməlidir. Karantin davranış qaydaları gözlənilməklə toyların keçirilməsinin virusa yoluxma sayına heç bir təsiri olmayacaq.
Oxu24.com xəbər verir ki, bunu Axar.az-a açıqlamasında həkim Qalib Əsədov deyib.
O bildirib ki, ölkədə toy və el şənliklərinin qadağan edilməsi insanların psixoloji travma almasına səbəb ola bilər:
"Toy etmək bütün gənclərin və valideynlərin arzusudur. Bu, həm də xalqımızın mental dəyərlərindəndir. Karantin tədbirlərinin yumşaldılması çərçivəsində kafe-restoranların fəaliyyətinə icazə veriləndə toy keçirilməsinə də icazə vermədilər.
Kafe-restoranlara 50 nəfərdən çox insan öz ailə və yaxın dostları ilə gedirdi. Bu səbəbdən mən toyların qadağan edilməsini düzgün qərar kimi qəbul etmirəm.
Hesab edirəm ki, toyların keçirilməsinə 50-100 nəfər olmaq şərtilə, böyük restoranlarda, sosial məsafə saxlamaqla icazə verilməlidir. Bunun virusun yayılmasına heç bir təsiri olmayacaq. Onsuz da toylarda insanların gündəlik ünsiyyətdə olduğu qohum-qardaşlar olacaq".
Həkim qeyd edib ki, pozitiv emosiya olmayanda insanların beynində neqativ hisslər artır:
"Bu isə aqressiyaya, cinayətkarlığın artmasına və insanlar arasında münasibətin korlanmasına gətirib çıxarır. Hətta sosial şəbəkələrdə də insanların necə aqressiyalı olduğunu görürük. Bunların hamısının səbəbi 1 ilə yaxındır ki, ölkədə toyların, ad günlərinin, milli bayramların təntənə ilə keçirilməsinin qadağan edilməsidir. Bunu qadağan etmək insanlara psixoloji travma verir. Eyni zamanda, genefonda da ciddi ziyan vurur".
17:18 / 14 Noyabr 2026
1
17:15 / 14 Noyabr 2026
13
16:20 / 14 Noyabr 2026
81
16:05 / 14 Noyabr 2026
114
15:45 / 14 Noyabr 2026
100
15:27 / 14 Noyabr 2026
250
15:25 / 14 Noyabr 2026
110
15:07 / 14 Noyabr 2026
215
15:05 / 14 Noyabr 2026
121
14:44 / 14 Noyabr 2026
153
14:31 / 14 Noyabr 2026
114
14:24 / 14 Noyabr 2026
610
14:19 / 14 Noyabr 2026
115
14:15 / 14 Noyabr 2026
106
14:09 / 14 Noyabr 2026
257
13:50 / 14 Noyabr 2026
2725
13:48 / 14 Noyabr 2026
141
13:16 / 14 Noyabr 2026
136
13:03 / 14 Noyabr 2026
116
12:49 / 14 Noyabr 2026
149
12:25 / 14 Noyabr 2026
137
12:09 / 14 Noyabr 2026
145
11:58 / 14 Noyabr 2026
141
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.