Qaynar xətt:

(+99450) 247 90 86

Üzücü xəbər gəldi: Hər kəsin axtardığı əsgərin Şəhid xəbəri gəldi

Üzücü xəbər gəldi: Hər kəsin axtardığı əsgərin Şəhid xəbəri gəldi

REDAKTORUN SEÇİMİ

8230

02.01.2021, 13:04

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Azərbaycan Ordusunun itkin hesab edilən hərbi qulluqçusunun nəşi tapılıb.

Oxu24.om  xəbər verir ki, "Report"un Muğan bürosunun məlumatına görə, 1999-cu il təvəllüdlü Teymurov Fərid Füzuli oğlunun nəşi doğulduğu Cəlilabad rayonun Qarğılı kəndinə aparılır.

Şəhidlə əvvəlcə yaşadığı Cəlilabad rayonunun Qarğılı kəndində vida mərasimi keçiriləcək. Daha sonra şəhid doğulduğu kənd qəbiristanlığında torpağa tapşırılacaq.

Qeyd edək ki, müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu (MAXE) Fərid Teymurov 1999-cu il noyabr ayının 2-si Cəlilabad rayonunun Qarğılı kəndində anadan olub. Ötən ilin oktyabr ayının əvvəllərində Füzuli istiqamətində itkin düşüb. 3 aya yaxındır ki, ailəsinin onunla əlaqəsi tamamilə kəsilmişdi. Şəhidimiz subay idi.

Allah rəhmət eləsin!