Qaynar xətt:

(+99450) 247 90 86

SON DƏQİQƏ! NATO-da mühüm post Türkiyəyə TƏHVİL VERİLDİ

SON DƏQİQƏ! NATO-da mühüm post Türkiyəyə TƏHVİL VERİLDİ

REDAKTORUN SEÇİMİ

27550

02.01.2021, 10:46

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

NATO daxilində "Çox Yüksək Hazırlıq Səviyyəli Birgə İşçi Qüvvəsi" nin komandanlığı Polşadan Türkiyəyə ötürülüb.

Oxu24.com  xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.

Bildirilir ki, 1 yanvar 2021-ci ildə başlayacaq missiya bir il davam edəcək.

Güc tərkibinə Albaniya, Macarıstan, İtaliya, Latviya, Çernoqoriya, Polşa, Rumıniya, Slovakiya, İspaniya, İngiltərə və ABŞ hərbi birliklərinin iştirakı ilə 6400 hərbi qulluqçu daxil olacaq.

Türkiyənin logistik və sursat planlamasında ən yüksək vahidlərdən biri olan xüsusi güc qrupu üçün NATO daxilində hərəkət etmə qabiliyyəti, əhəmiyyətli investisiyalara ehtiyac olduğu vurğulanıb.

Ən son zirehli texnika, tank əleyhinə raketlər və haubitsaların da ayrıldığı bildirilir.

Sözügedən birlik NATO müttəfiqlərini hər hansı bir təhdiddən qorumaq üçün sürətli hərəkət etməyə hazırdır.