Lənkəranda bir ailənin 9 üzvü qidadan zəhərlənib
12 Noyabr 2026, 17:19
Qaynar xətt:
(+99450) 247 90 86
REDAKTORUN SEÇİMİ
1225
24.11.2020, 21:53
Son vaxtlar sosial şəbəkələrdə və bəzi internet saytlarında işğalda olan torpaqlarımızın azad edilməsi uğrunda 2020-ci il sentyabr ayının 27-də başlanılan Vətən müharibəsində iştirak edən əsgər və zabitlərimizin qaz təsərrüfatı ilə bağlı problemləri yer almaqdadır.
Oxu24.com xəbər verir ki, bu barədə “Azəriqaz” İstehsalat Birliyinin “Facebook” sosial şəbəkəsində məlumat verilib.
Məlumatda qeyd edilib ki, bu məlumatların hamısı diqqətdə saxlanılır, təsdiqini tapanlar, həqiqəti əks etdirənlər barədə müvafiq tədbirlər görülür:
“Qaz xətlərinin çəkilməsi, qapı keçidlərinin quraşdırılması, sayğaclarla bağlı müəyyən çətinliklər “Azəriqaz” İstehsalat Birliyinin imkanları daxilində həll edilir. Bu kimi mövzular sırasında rast gəlinən məqamlardan biri də təbii qazdan istifadəyə görə yaranan borcun ödənilməsində güzəştlərin istənilməsi ilə bağlıdır. Birliyin rəhbərliyi müəyyən addımların atılması üçün belə qərara gəlib ki, 2020-ci il sentyabr ayının 27-də başlanılan Vətən müharibəsində yaralanan və şəhid olan əsgər və zabitlərimizin təbii qazdan istifadəyə görə yaranan borcları ilə bağlı məsələlər mərkəzləşdirilmiş şəkildə qeydə alınsın. Xahiş olunur ki, bu cür çətinlikləri olan yaralı əsgər və zabitlərimiz, eləcə də qəhrəmancasına şəhid olan əsgər və zabitlərimizin qanuni varisi olan ailə üzvləri qeyd edilən ([email protected] və [email protected] ) elektron poçt ünvanına müraciətlərini göndərsinlər. Bu müraciətlərdə yaralı əsgər və zabitlərimizin qeydiyyatda olduqları Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq şəhər və rayon bölməsi qeyd olunmalı, hərbi biletinin və şəxsiyyət vəsiqəsinin surəti, eləcə də təbii qazdan istifadə etməsi barədə müqaviləsinin surəti əlavə edilməlidir.
Şəhid ailələri isə şəhid olmuş əsgər və zabitin qeydiyyatda olduğu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq şəhər və rayon bölməsini qeyd etməli, eləcə də təbii qazdan istifadə barədə onunla vaxtı ilə imzalanmış müqavilənin surətini əlavə etməlidirlər. Bu müqavilə şəhidin vaxtilə yaşadığı ünvanda hazırda onun qanuni varisi olan ailə üzvlərindən biri ilə də bağlanmış ola bilər”.
17:12 / 15 Noyabr 2026
5
17:09 / 15 Noyabr 2026
20
15:50 / 15 Noyabr 2026
65
15:25 / 15 Noyabr 2026
76
15:15 / 15 Noyabr 2026
87
14:47 / 15 Noyabr 2026
147
14:34 / 15 Noyabr 2026
285
14:25 / 15 Noyabr 2026
129
14:19 / 15 Noyabr 2026
104
14:02 / 15 Noyabr 2026
416
13:27 / 15 Noyabr 2026
316
12:55 / 15 Noyabr 2026
1569
12:36 / 15 Noyabr 2026
367
12:28 / 15 Noyabr 2026
160
12:11 / 15 Noyabr 2026
141
11:52 / 15 Noyabr 2026
216
11:43 / 15 Noyabr 2026
141
11:29 / 15 Noyabr 2026
160
11:20 / 15 Noyabr 2026
137
11:20 / 15 Noyabr 2026
146
11:10 / 15 Noyabr 2026
140
11:07 / 15 Noyabr 2026
889
10:50 / 15 Noyabr 2026
152
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.