Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
42417
az

Son dəqiqə! DIN əhaliyə xəbərdarlıq etdi

10:0623 Noyabr, 2020
1316
REDAKTORUN SEÇİMİ
  • A
“Xüsusi karantin rejimində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə ilə bağlı əlavə tədbirlər haqqında Nazirlər Kabinetinin qərarı var. Yeni növ koronavirus (COVID-19) infeksiyasının insanlar arasında kütləvi yayılmasının qarşısının alınması məqsədilə açıq havadakı ictimai yerlərdə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və sair) istifadə edilməsi məcburidir”. Oxu24.com xəbər verir ki, bu barədə “Report”un sorğusuna Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşı, polis mayoru Elşad Hacıyev bildirib. “İctimai yerlərə insanların daha çox olduğu - küçə, prospekt, park, məhəllədaxili yerlər daxildir. Başqa sözlə, ictimai yer insanların yaşadığı evin kandarından başlayır. Yəni, iki və daha artıq şəxsin hərəkət etdiyi yer ictimai yer hesab olunur. Qaydaların qapalı yerlərlə yanaşı, açıq hava altında olan istifadəsi məcburi xarakter daşıdığına görə, polis və Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən respublika ərazisində gücləndirilmiş nəzarət-profilaktik tədbirləri davam etdirilir”, - DİN əməkdaşı deyib. Qeyd edək ki, qanunvericiliyə əsasən, epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müəyyən edilən tələblərin pozulmasına görə fiziki şəxslər 100 manat, vəzifəli şəxslər 200 manat, hüquqi şəxslər 400 manat məbləğində cərimə edilir. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Oktay Əliyev vəfat edib
40 dərəcə isti olacaq - PROQNOZ
Bakıda dəhşətli qəza: Ölən şəxs görün kimdir

Türkiyədə qədim heykəltəraşın unikal əsəri tapılıb

18+

Pəncərədən atılan qadın ərinə xəyanət edibmiş - ŞOK VİDEOSU YAYILDI
Rusiya aviasiya bombalarının Ukrayna mövqelərini vurduğunu əks etdirən video yayılıb
"Al Market" vətəndaşları belə aldadır - FOTO
ABŞ-da vəhşi heyvanlarda koronavirus aşkarlanıb
Azərbaycanda DƏHŞƏT: Qadın qaynı tərəfindən öldürüldü