Qaynar xətt:

(+99450) 247 90 86

Sondəqiqə! Azərbaycan Yunanıstandan səfirini məsləhətləşmələr üçün geri çağırıb

Sondəqiqə! Azərbaycan Yunanıstandan səfirini məsləhətləşmələr üçün geri çağırıb

REDAKTORUN SEÇİMİ

642

08.10.2020, 16:30

Ermənistan silahlı qüvvələrinin bu il sentyabrın 27-də Azərbaycan Respublikasına qarşı başlatdığı yeni təcavüz aktı çərçivəsində xarici ölkələrdən, o cümlədən Yunanıstandan erməni əsilli vətəndaşların döyüşlərdə iştirak etmək məqsədilə Azərbaycanın işğal olunmuş ərazilərinə gəlməsi ilə bağlı açıq mənbələrdə yer alan məlumatlar tərəfimizdən Yunanıstan XİN-in diqqətinə çatdırılıb və bu xüsusda qarşı tərəfə müvafiq araşdırmaların aparılaraq məlumatın verilməsi müraciəti edilib.
Bu barədə Oxu24.com-a Azərbaycan XİN-in Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, bunun ardınca Yunanıstan tərəfinin öz səfirini məsləhətləşmələr üçün geri çağırmaq qərarı ilə əlaqədar Azərbaycan Respublikasının Yunanıstan Respublikasındakı səfiri məsləhətləşmələr üçün Bakıya çağırılıb.