Bu şəxslərin PENSİYASI ARTIRILA BİLƏR
20 May 2026, 10:36
Qaynar xətt:
(+99450) 247 90 86
REDAKTORUN SEÇİMİ
7717
08.10.2020, 10:50
“Azərbaycan ordusu çox sayda cəbhədən irəliləməyə davam edir. Əvvəlcə düşmənin atəş nöqtələrini zərərsizləşdiririk”.
Oxu24.com xəbər verir ki, bunu “Hürriyət”ə özəl açıqlamasında Azərbaycan Müdafiə Nazirliyi Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi Hüseyn Mahmudov bildirib.
Polkovnik-mayor 27 sentyabrdan bəri Ermənistan ordusuna vurulan ziyanları da açıqlayıb: “Bu günə qədər 250 tank, zirehli texnika, 270 top və raket sistemi, 60 hava hücumundan müdafiə sistemi, 11 komanda-müşahidə mərkəzi, 150 piyada maşını, 7 sursat anbarı, 10 idarəetmə mərkəzi və 1 S-300 hava hücumundan müdafiə sistemi məhv edilib”.
H.Mahmudov ordumuzun bu ana qədər 27 km irəliləyiş təmin etdiyini vurğulayıb: “27 yaşayış məntəqəsini düşməndən təmizlədik. Ermənistan ordusu cəbhədə bizə qarşı dayana bilmədi. Çox sayda mövqelərini qoyub qaçdılar. Biz vətən uğrunda döyüşürük Qarabağ və işğal altındakı bütün torpaqlarımız azad olunana qədər də dayanmayacağıq. Zəfərə az qaldı”.
General-mayor cəbhədə Türkiyənin Pilotsuz Uçuş Aparatları və Silahlı Pilotsuz Uçuş Aparatlarının Azərbaycan ordusunun gücünə güc qatdığını qeyd edib: “Türkiyədən aldığımız və Azərbaycan ordusunun arsenalına daxil olan bu silahlar ordumuzun döyüş qabiliyyətini artırıb. Havadan müdafiə sistemimizə böyük töhfəsi olub”.
Nazirlik rəsmisi Azərbaycan Silahlı Qüvvələrinin cəbhədə sadəcə ermənilərlə deyil, həm də terrorçularla mübarizə apardığını diqqətə çatdırıb: “Cəbhəyə Liviya, Suriyadan terrorçu daşıyıblar. Kimi gətirirlərsə-gətirsinlər, Azərbaycan ordusunu dayandırmayacaqlar. Ermənistan bölgəni terror yuvasına çevirmək istəyir. Amma biz Ermənistan əsgərlərini də, onlara dəstəyə gələnləri də Qarabağdan təmizləyəcəyik”.
22:47 / 22 May 2026
1
22:40 / 22 May 2026
22
22:34 / 22 May 2026
230
22:16 / 22 May 2026
137
22:01 / 22 May 2026
63
21:50 / 22 May 2026
52
21:47 / 22 May 2026
75
21:42 / 22 May 2026
69
21:20 / 22 May 2026
82
21:02 / 22 May 2026
81
20:55 / 22 May 2026
432
20:52 / 22 May 2026
59
20:38 / 22 May 2026
91
20:25 / 22 May 2026
103
20:23 / 22 May 2026
96
20:14 / 22 May 2026
831
20:07 / 22 May 2026
83
20:01 / 22 May 2026
83
19:49 / 22 May 2026
352
19:34 / 22 May 2026
585
19:30 / 22 May 2026
151
19:18 / 22 May 2026
289
19:09 / 22 May 2026
91
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.