Qaynar xətt:

(+99450) 247 90 86

MN: Ermənistanın Gorus rayonundan Azərbaycan ərazisi raket atəşinə tutulub

MN: Ermənistanın Gorus rayonundan Azərbaycan ərazisi raket atəşinə tutulub

REDAKTORUN SEÇİMİ

797

01.10.2020, 13:14

Oktyabrın 1-də səhər saatlarında Ermənistanın Gorus rayonu ərazisindən Azərbaycan ərazisi atəşə tutulub.
Bu barədə Oxu24.com-a Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən bildirilib. "Ermənistandan atılan raketlər Cəbrayıl-Füzuli ərazisindəki cəbhə xəttinə düşüb.
Ermənistan tərəfindən tələb edirik ki, Azərbaycan ərazisinin atəşə tutulmasını dərhal dayandırsın və xəbərdar edirik ki, əks təqdirdə adekvat cavab tədbirləri görüləcək", - nazirliyin məlumatda vuğrulanıb.