Lənkəranda bir ailənin 9 üzvü qidadan zəhərlənib
12 Noyabr 2026, 17:19
Qaynar xətt:
(+99450) 247 90 86
REDAKTORUN SEÇİMİ
645
18.08.2020, 09:43
Azərbaycanda uşaqpulunun verilməsi ilə bağlı müzakirələr reallaşa bilər.
Oxu24.com xəbər verir ki, bu məlumatı "Sputnik Azərbaycan”a açıqlamasında Millin Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov söyləyib.
O, bildirib ki, hazırda bu məsələ Milli Məclisdə müzakirə mərhələsindədir:
"Belə bir fikir var ki, ünvanlı dövlət sosial yardımı və digər yardımlar verilir. Ona görə də, uşaqpulu verilməsə də olar. Amma elə müavinətlər var ki onları verməmək də olar.
Uşaqpulu isə mütləq verilməlidir. Çünki, ünvanlı dövlət sosial yardımı bütün ehtiyacı olan ailələri əhatə etmir. Bununla bağlı müəyyən çatışmazlıqlar var. Ünvanlı sosial yardımın verilməsi ilə bağlı insanlardan çoxlu şikayətlər daxil olur".
Deputat deyib ki, artıq uşaqpulunun verilməsi ilə bağlı Milli Məclisdə komissiya yaradılılb:
"Biz həmişə bu məsələni gündəmdə saxlamışıq. Çalışacağıq ki, uşaqpulu ilə bağlı müzakirələr müsbət həllini tapsın. Amma bu təkcə bizimlə bağlı olan məsələ də deyil.
Uşaqpulu məsələsi ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi də hesablamalar aparır. Onlar aztəminatlı ailələrdə uşaqlara verilən yardımları əsas gətirirlər.
Ünvanllı yardımın verilməsi yaxşıdır. Amma nəzərə almaq lazımdır ki, ünvanlı yardım birinə düşür, birinə düşmür. Biz rayonlarda qəbulda olanda da bunu görürük ki, ünvanlı yardımı ala bilməyən, amma ehtiyacı olan nə qədər ailələr var".
V. Əhmədov uşaqpulunun verilməsində yaş məsələsinin müzakirə olunduğunu bildirib. O, deyib ki, bəzi təklilərdə uşaq pulunun əvvəlcə 7-8 yaşadək, sonra 17-18 yaşınadək verilməsi müzakirə olunur:
"Bu dövlətin büdcəsindən, imkanından asılı olan məsələdir" - deyə deputat əlavə edib.
00:38 / 17 Noyabr 2026
1
00:34 / 17 Noyabr 2026
49
00:17 / 17 Noyabr 2026
55
23:58 / 16 Noyabr 2026
69
23:50 / 16 Noyabr 2026
77
23:37 / 16 Noyabr 2026
88
23:33 / 16 Noyabr 2026
85
23:25 / 16 Noyabr 2026
89
23:07 / 16 Noyabr 2026
93
22:57 / 16 Noyabr 2026
100
22:47 / 16 Noyabr 2026
103
22:30 / 16 Noyabr 2026
104
22:25 / 16 Noyabr 2026
145
22:21 / 16 Noyabr 2026
221
22:10 / 16 Noyabr 2026
136
21:59 / 16 Noyabr 2026
105
21:52 / 16 Noyabr 2026
141
21:46 / 16 Noyabr 2026
107
21:35 / 16 Noyabr 2026
133
21:30 / 16 Noyabr 2026
2027
21:24 / 16 Noyabr 2026
115
21:16 / 16 Noyabr 2026
128
21:01 / 16 Noyabr 2026
157
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.