Qaynar xətt:

(+99450) 247 90 86

BNA əhaliyə müraciət etdi:  15 avqust gecə 00:00-dan...

BNA əhaliyə müraciət etdi:  15 avqust gecə 00:00-dan...

REDAKTORUN SEÇİMİ

915

14.08.2020, 14:15

Xüsusi karantin rejimi qaydalarına uyğun olaraq 15 avqust gecə 00:00-dan 17 avqust səhər saat 06:00-dək müntəzəm və ekspres xətlər üzrə avtobusların fəaliyyəti dayandırılacaq. 

Bu barədə   Bakı Nəqliyyat Agentliyindən biildirilib.

Qeyd edilib ki, bu həftə ərzində Bakı şəhərində müntəzəm və ekspres xətlər üzrə avtobuslarla 8 000 000-dan artıq sərnişin səfər sayı qeydə alınıb.

Bu isə 3-7 avqust tarixlərində qeydə alınan göstəricidən təxminən 14 % çoxdur.

Belə ki, avqustun ilk həftəsində sərnişin səfər sayı 7 000 000-a yaxın olub.