16 mayda bizi nələr GÖZLƏYİR? — ULDUZ FALI
15 May 2026, 23:15
Qaynar xətt:
(+99450) 247 90 86
REDAKTORUN SEÇİMİ
7007
13.08.2020, 14:37
Bu il fevralın 25-də Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında qarşılıqlı olaraq vizadan azad etmə haqqında Saziş” bu gün qüvvəyə minib.
Oxu24.com -un xəbərinə görə, sazişə əsasən, qarşılıqlı olaraq Azərbaycan və Türkiyə vətəndaşları bir-birinin ərazisinə daxil olmaq, tranzit keçmək, ölkədən getmək və müvəqqəti qalmaq üçün 90 gün müddətinə viza tələbindən azad edilirlər.
Müvafiq ölkə ərazisində 90 gündən artıq müddətə qalmaq istəyən şəxslər müvəqqəti yaşama icazəsi almaq üçün əvvəlcədən müraciət etməlidirlər. Hər iki ölkə vətəndaşlarına məxsus pasportlar müvafiq ölkə ərazisinə giriş tarixindən etibarən azı 6 ay etibarlılıq müddətinə malik olmalıdır.
Hər iki ölkə vətəndaşları milli qanunvericilikdən irəli gələn qayda və prosedurlara riayət etməlidirlər. Azərbaycanda 15 gündən artıq müvəqqəti olan Türkiyə vətəndaşları olduğu yer üzrə qeydiyyata alınmalıdırlar.
Vizadan azad etmə işləmək və ya hər hansı peşə fəaliyyəti ilə məşğul olmaq hüququ vermir.
Azərbaycan ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq istəyən Türkiyə vətəndaşlarına mövcud qaydalara uyğun olaraq, işəgötürənlər tərəfindən iş icazəsi alınmalıdır (iş icazəsinin alınması tələb olunmayan hallar istisna olmaqla).
Sazişin 13 avqustdan etibarən qüvvəyə minməsi ölkə ərazisində tətbiq olunan xüsusi karantin rejimi ilə əlaqədar dövlət sərhədində hərəkətlə bağlı məhdudiyyətləri aradan qaldırmır.
22:44 / 18 May 2026
603
22:40 / 18 May 2026
478
22:37 / 18 May 2026
120
21:25 / 18 May 2026
103
21:10 / 18 May 2026
110
21:08 / 18 May 2026
108
20:55 / 18 May 2026
113
20:50 / 18 May 2026
108
20:45 / 18 May 2026
112
20:31 / 18 May 2026
512
20:20 / 18 May 2026
99
20:10 / 18 May 2026
143
20:05 / 18 May 2026
107
19:59 / 18 May 2026
123
19:54 / 18 May 2026
157
19:43 / 18 May 2026
193
19:41 / 18 May 2026
148
19:39 / 18 May 2026
116
19:21 / 18 May 2026
598
19:18 / 18 May 2026
122
19:15 / 18 May 2026
153
19:12 / 18 May 2026
638
19:05 / 18 May 2026
1027
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.