Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
37454
az

Tovuzda həyəcan siqnalı - Xüsusi çevik dəstə göndərildi - FOTO

09:1813 Avqust, 2020
940
REDAKTORUN SEÇİMİ
  • A
Avqustun 12-də saat 15:45-də Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə Tovuz şəhəri, Xəqani küçəsi ev 8 mənzil 26-da zirzəmidə mərminin tapılması barədə məlumat daxil olub. Məlumata əsasən, agentliyin xüsusi mobil çevik əməliyyat və partladıcı axtaran xüsusi təlim keçmiş itlərdən ibarət kinoloji qrupları və Daxili İşlər Nazirliyinin Tovuz rayon Polis Şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib. Agentliyin mütəxəssisləri və Tovuz rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş əraziyə baxış keçirilib. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polislər tərəfindən mühasirəyə alınıb. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 1 ədəd tərkibində partlayıcı maddə olmayan (boş) 82 mm-lik minaatan mərmisi (O-832) aşkar olunub, götürülərək agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb. Minaatan mərmisinin ətrafında 12 kv.m əraziyə yerüstü baxış keçirilib, heç bir təhlükəli əşya və qurğu aşkarlanmayıb Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Saat 17:00-a olan seçici fəallığı: Seçicilərin 33,82 faizi səsvermə hüququndan istifadə edib
Saat 15:00-a olan seçici fəallığı: Seçicilərin 29,49 faizi səsvermə hüququndan istifadə edib
Saat 12:00-a olan seçici fəallığı: Seçicilərin 20,39 faizi səsvermə hüququndan istifadə edib

İnəkləri üçün 4 mərtəbəli bina tikdi

18+

Azərbaycanda müğənni qətlə yetirildi: Türkanın hadisə ilə bağlı şok etirafı (18+VİDEO)
Prezidentin xanımı və qızı ilə səsverməsindən yeni- Video
Bu şəxslər vərəmə meyilli olurlar
Gözü və ürəyi qoruyur, hormonları tənzimləyir - Zəfəranın faydaları
19 gündür axtarılan Narinin cəsədi tapıldı