Lənkəranda bir ailənin 9 üzvü qidadan zəhərlənib
12 Noyabr 2026, 17:19
Qaynar xətt:
(+99450) 247 90 86
REDAKTORUN SEÇİMİ
544
08.08.2020, 10:20
“Gündəlik yolxumların azalması ilə əlaqədar tədricən yumşaldılmalara gediləcək. Ancaq bu, insanlarda arxayınlıq yaratmamalıdır”.
Oxu24.com xəbər verir ki, bunu “Mediapost”a açıqlamasında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Yoluxucu xəstəliklər üzrə İşçi qrupunun rəhbəri, infeksionist Vasif Əliyev deyib.
O, yumşaldılmaların davamlı olması üçün insanları koronavirusla bağlı göstərişlərə əməl etməyə çağırıb:
“Biz daha əvvəllər də gördük ki, insanlar arxayın olduğu zaman xəstəliyə yoluxma sayı yenidən yüksələ bilər. Bundan sonra da yumşaldılmaların tədricən olacağı bir məqamda insanlar ehtiyatı əldən verməməlidir. Əgər yenə bu, ciddiyə alınmasa, xəstələrin sayının təkrar artımı müşahidə oluna bilər”.
Qurum rəsmisi yoluxmalarda müsbət tendensiyanın bundan sonra da davam edəcəyini bildirib:
“İnsanlar daha da ehtiyatlı olmağa başlayıblar. Artıq əhlinin böyük bir qismi yoluxub. Bu baxımdan düşünmürəm ki, bundan sonra yoluxmalar artsa belə, 500-600 civarında olsun. İndi yaşadığımız dövr qədər pik yoluxma olacağını zənn etmirəm.
İnsanlar daha da ehtiyatlıdırlar və qayda-qanuna daha çox riayət edirlər. Ən azından əvvəlki dövrə baxdığımız zaman bu faiz nisbəti müsbətdir. Çünki hər kəsin ətrafında virusa yoluxan xəstəxanada yatan və təəssüf ki, bu virusdan rəhmətə gedən oldu”.
V.Əliyevin sözlərinə görə, gedişat belə olarsa, payıza doğru tədricən karantin rejimindən çıxa biləcəyik:
“Yumşaldılmalar insanların necə davranmasından asılı olacaq. Say azalmağa davam edərsə, tədricən karantin rejimindən çıxacağıq. Onsuz da sərt karantin rejimi uzun müddət davam edə bilməz.
Zamanla bu azaldılacaq. Çox güman ki, müvafiq qurumlar tərəfindən vəziyyət dəyərləndirildikdən sonra rayonlararası gediş-gəlişlə bağlı qərar veriləcək. Fikrimcə, müsbət tendensiya davam edəcəyi təqdirdə payıza doğru karantin rejimindən tədricən çıxacağıq”.
00:49 / 17 Noyabr 2026
85
00:34 / 17 Noyabr 2026
188
00:17 / 17 Noyabr 2026
94
23:58 / 16 Noyabr 2026
105
23:50 / 16 Noyabr 2026
115
23:37 / 16 Noyabr 2026
116
23:33 / 16 Noyabr 2026
101
23:25 / 16 Noyabr 2026
102
23:07 / 16 Noyabr 2026
104
22:57 / 16 Noyabr 2026
113
22:47 / 16 Noyabr 2026
120
22:30 / 16 Noyabr 2026
114
22:25 / 16 Noyabr 2026
159
22:21 / 16 Noyabr 2026
247
22:10 / 16 Noyabr 2026
145
21:59 / 16 Noyabr 2026
113
21:52 / 16 Noyabr 2026
149
21:46 / 16 Noyabr 2026
115
21:35 / 16 Noyabr 2026
140
21:30 / 16 Noyabr 2026
2211
21:24 / 16 Noyabr 2026
124
21:16 / 16 Noyabr 2026
137
21:01 / 16 Noyabr 2026
165
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.