16 mayda bizi nələr GÖZLƏYİR? — ULDUZ FALI
15 May 2026, 23:15
Qaynar xətt:
(+99450) 247 90 86
REDAKTORUN SEÇİMİ
490
07.08.2020, 19:11
Xüsusi karantin qaydalarını pozaraq bölgələrdən Bakı şəhərinə vətəndaşların hərəkətinə şərait yaradan daha bir vəzifəli şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.
Daxili İşlər Nazirliyindən verilən məlumatda qeyd olunur ki, keçirilən əməliyyat tədbiri nəticəsində Neftçala Rayon Mərkəzi Xəstəxanasının Xolqaraqaşlı kənd sahə xəstəxanasının baş həkimi Mahir Əhmədov tutulub.
Araşdırma zamanı müəyyən edilib ki, Mahir Əhmədov pul müqabilində karantin rejimi dövründə heç bir xəstəliyi olmadığı halda kənd sakini olan bir qadına Bakı şəhərində fəaliyyət göstərən Respublika Klinik Xəstəxanasında müayinədən keçməsinə dair saxta tibbi arayış verib. Bununla da saxlanılan şəxs həmin qadının karantin rejimi dövründə ölkə ərazisində sərbəst hərəkət etməsinə şərait yaradıb.
Faktla bağlı Cinayət Məcəlləsinin 139-1.1-ci (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanıb.
Mahir Əhmədovun karantin rejimi dövründə başqa şəxslərə bu tipli arayışlar satıb-satmadığı istintaq yolu ilə araşdırılır.
17:28 / 18 May 2026
1
17:25 / 18 May 2026
10
17:11 / 18 May 2026
55
17:05 / 18 May 2026
32
17:03 / 18 May 2026
206
17:01 / 18 May 2026
31
16:55 / 18 May 2026
39
16:52 / 18 May 2026
82
16:45 / 18 May 2026
263
16:41 / 18 May 2026
48
16:38 / 18 May 2026
49
16:35 / 18 May 2026
56
16:00 / 18 May 2026
69
15:42 / 18 May 2026
82
15:30 / 18 May 2026
174
15:18 / 18 May 2026
199
15:09 / 18 May 2026
157
14:59 / 18 May 2026
98
14:50 / 18 May 2026
80
14:42 / 18 May 2026
94
14:37 / 18 May 2026
85
14:31 / 18 May 2026
82
14:21 / 18 May 2026
77
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.