16 mayda bizi nələr GÖZLƏYİR? — ULDUZ FALI
15 May 2026, 23:15
Qaynar xətt:
(+99450) 247 90 86
REDAKTORUN SEÇİMİ
469
06.08.2020, 16:17
Avqustun 7-də gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən oxu24.com-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin səhər yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı gözlənilir. Şimal-şərq küləyi əsəcək.
Havanın temperaturu Abşeron yarımadasında gecə 20-24, gündüz 30-34, Bakıda gecə 22-24, gündüz 31-33 dərəcə isti olacaq. Atmosfer təzyiqi norma daxilində 760 mm civə sütunu, nisbi rütubət gecə 65-75, gündüz 45-55 faiz təşkil edəcək.
Abşeron çimərliklərində şimal-şərq küləyi əsəcək. Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 24-25, Türkan, Hövsan, Sahil, Şıxda isə 25-26 dərəcə isti olacaq.
Sabah Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı, Böyük Qafqazın bəzi yerlərində leysan xarakterli olacağı, dolu düşəcəyi gözlənilir. Səhər dağlarda duman olacaq. Şərq küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 18-23, gündüz 31-36, dağlarda gecə 11-16, gündüz 19-24 dərəcə isti olacaq.
Avqustun 7-8-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.
14:09 / 18 May 2026
13
13:59 / 18 May 2026
32
13:49 / 18 May 2026
42
13:40 / 18 May 2026
45
12:59 / 18 May 2026
76
12:59 / 18 May 2026
72
12:46 / 18 May 2026
76
12:39 / 18 May 2026
61
12:34 / 18 May 2026
115
12:26 / 18 May 2026
71
12:21 / 18 May 2026
76
12:04 / 18 May 2026
87
11:55 / 18 May 2026
78
11:51 / 18 May 2026
79
11:48 / 18 May 2026
75
11:48 / 18 May 2026
87
11:45 / 18 May 2026
84
11:37 / 18 May 2026
74
11:32 / 18 May 2026
89
11:24 / 18 May 2026
60
11:22 / 18 May 2026
82
11:20 / 18 May 2026
72
11:07 / 18 May 2026
70
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.