Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
36936
az

Karantin yenidən sərtləşdirilir? – RƏSMİ AÇIQLAMA

17:3605 Avqust, 2020
489
REDAKTORUN SEÇİMİ
  • A
Yoluxmaların sayında azalma var. Lakin növbəti payız aylarında pik hədd və mövsümi qriplər olacaq”. Bu fikirləri TƏBİB-in mətbuat katibi Rəvanə Əliyeva səsləndirib. Rəvanə Əliyeva bildirib ki, son brifinqdə də qeyd edildiyi kimi koronavirusa yoluxanların sayında xeyli azalma olsa da, bütün dünyada olduğu kimi Azərbaycanda da bir sıra qabaqlayıcı tədbirlər görülməkdədir. “Payız aylarında pik hədd və mövsümi qriplər olacaq. Bunu Yaqut xanım da vurğulayıb. Orada da deyildi ki, biz hazırlıq görürük. Çarpayı sayımızı artırırıq. İstənilən halda, Azərbaycanda virus itməyib. Dünyada da vəziyyət eynidir. Bir dönəm çox xəstə oldu və yüngül simptomlu xəstələr evdə müalicə edildi. Əlavə çarpayı fondunun olması zərərli deyil. İstəyirik ki, daha yaxşı xidmət göstərək”, – deyə Rəvanə Əliyeva qeyd edib. Belə olduğu təqdirdə sərt karantin rejiminin yenidən sərtləşdirilməsi gözlənilirmi? Mövcud gedişat hazırda yumşaldılmanın olması üçün şərait yaratsa da, payız ayları üçün bunu demək tezdir. Mütəxəssislər də bildirir ki, yenidən koronavirusa yoluxanların sayında artım olacağı təqdirdə sərt karantin rejimi tətbiq edilə bilər. Belə olacağı təqdirdə SMS icazə sistemi yenidən aktivləşə və bir çox iş yerləri fəaliyyətlərini müvəqqəti dayandıra bilər. Qeyd edək ki, sərt karantin rejiminin tətbiq edilməsi yalnız Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarından asılı ola bilər.qazet.az Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Polis bu şəxslə bağlı əhaliyə müraciət etdi
TƏCİLİ! FHN xəbərdarlıq etdi: Dərhal bu kəndi tərk edin!
Fövqəladə Hallar Nazirliyi əhaliyə xəbərdarlıq edib

Çin alimlərinin kəşfi

18+

Arvadının videosunu ona göstərən kəndlisini öldürdü - TƏFƏRRÜAT
Bakının bu ərazisindəki evlər sökülür- Video
Sumqayıtda "Zaman maşını”nın, itmiş və parallel dünyanın olduğu yer -“Qurd dərəsi”
Kişmiş suyunun sağlamlığa faydaları
Qazaxda DƏHŞƏTLİ QƏZA: 4 nəfər öldü, yaralılar var -FOTO