Qaynar xətt:

(+99450) 247 90 86

İbrahim Məmmədovdan toyların keçirilməsi ilə bağlı AÇIQLAMA

İbrahim Məmmədovdan toyların keçirilməsi ilə bağlı AÇIQLAMA

REDAKTORUN SEÇİMİ

611

04.08.2020, 15:21

Xəbər verdiyimiz kimi, sentyabr ayının 1-dən etibarən Azərbaycanda toy məclislərinin təşkilinə icazə verilə bilər. Bu isə ölkə üzrə koronavirusa yoluxanların sayından asılı olacaq. Yoluxmalarda kəskin azalma olacağı təqdirdə müəyyən qaydalara əməl edilməklə şənliklər baş tuta bilər.

Oxu24.com  xəbər verir ki, mövzu ilə bağlı KONKRET.az-a danışan Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib ki, ölkə ərazisində sərt karantin rejimi avqustun 31-nə kimi uzadılıb:

"Hazırda toyların və yasların keçirilməsinə qoyulan qadağa davam edir.

Sentyabrın 1-dən sonra toyların keçiriləcəyinə icazə veriləcəyi ilə bağlı yayılan məlumatlardan xəbərsizəm.

Hələlik bu barədə heç bir qərar yoxdur”.