16 mayda bizi nələr GÖZLƏYİR? — ULDUZ FALI
15 May 2026, 23:15
Qaynar xətt:
(+99450) 247 90 86
REDAKTORUN SEÇİMİ
2568
03.08.2020, 13:56
Avqustun 5-də iri ticarət, hamam və fitness mərkəzləri açılmayacaq" .
Xəbər verdiyimiz kimi Ümumdünya Səhiyyə Təşkilatı dünya üzrə fövqəlada vəziyyəti 3 ay uzatdı.
Qeyd edək ki, Azərbaycanda sət karantin rejiminin avqustun 5-də bitməsi nəzərdə tutulur.Lakin sərt karantin rejiminin uzadılması ilə bağlı iddialar da var. Avqustun 5-də sərt karantin rejimi yumşaldıla bilərmi?
Bununla bağlı Sonxeber.az-a danışan deputat Cavid Osmanov bildirib ki, bir çox ölkələrdə pandemiya təkrar baş qaldırıb:
"İkinci dalğa kimi də bunu adlandırırlar. Sərhədlərini açan ölkələr də var idi. Amma qısa zaman onu göstərdi ki, bu yalnış addımlar idi. Nə qədər ki, bu virusa peyvənd və yaxud da vaksin tapılmayıb, qoyulan qaydalara ciddi əməl edilməlidir.
Sosial məsafə qorunmalı, tibbi maskadan istifadə edilməlidir. Əlbəttə ölkəmizdə də artıq yoluxanların sayı təxmini 3 dəfə aşağı düşüb. Beynəlxalq təcrübə onu göstərir ki, rəqəmlərə baxıb yanlış addım atmaq olmaz. İstənilən sahənin fəaliyyətinə icazə verilərsə, yumşalma olarsa orada ciddi qaydalar hazırlanmalıdır.
Qoyulan qaydalara da əməl edilməlidir. Buraxılan kiçik səhv yoluxanların sayının yenidən sürətlə artmasına səbəb ola bilər. Qərb ölkələrinə baxsaq görərik ki, onların bəziləri 3-cü dəfə sərt karantin rejimi tədbiq edilir. Hər halda Nazirlər Kabineti yanında Opeativ Qərargah bütün bu məsələlərə aydınlıq gətirərək.
Mövcud vəziyyəti düzgün analiz edərək doğru qərar verəcək. Ümumdünya Səhiyyə Təşkilatının dünya üzrə fövqəlada vəziyyəti 3 ay uzatması ilə bağlı verdiyi qərara hər kəs məsuliyyətlə yanaşmalıdır.
Düşünürəm ki, iri ticarət mərkəzləri, hamam və fitness təhlükəli fəaliyyət növləridir. İnsanlar daha çox sıx münasibətdə olur. İstənilən fəaliyyət növündə qoyulan karantin qaydalarına əməl edilməlidi".
02:40 / 18 May 2026
31
02:18 / 18 May 2026
80
02:05 / 18 May 2026
111
01:43 / 18 May 2026
98
01:36 / 18 May 2026
209
01:33 / 18 May 2026
57
01:19 / 18 May 2026
121
01:17 / 18 May 2026
58
01:14 / 18 May 2026
58
19:32 / 17 May 2026
102
19:27 / 17 May 2026
129
19:12 / 17 May 2026
1965
19:02 / 17 May 2026
100
19:00 / 17 May 2026
97
18:43 / 17 May 2026
519
18:41 / 17 May 2026
95
18:39 / 17 May 2026
93
18:37 / 17 May 2026
94
18:35 / 17 May 2026
113
17:32 / 17 May 2026
234
17:28 / 17 May 2026
100
17:27 / 17 May 2026
99
17:25 / 17 May 2026
107
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.