Qaynar xətt:

(+99450) 247 90 86

Müdafiə Nazirliyi məlumat yaydı: Naxçıvan istiqamətində nə baş verir?

Müdafiə Nazirliyi məlumat yaydı: Naxçıvan istiqamətində nə baş verir?

REDAKTORUN SEÇİMİ

3890

31.07.2020, 12:18

Müdafiə Nazirliyi Ermənistan silahlı qüvvələrinin mövqelərinin guya Naxçıvan istiqamətindən atəşə tutulması barədə Ermənistan mətbuatının yaydığı məlumata münasibət bildirib.

Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən bildiriblər ki, Ermənistan mətbuatının yaydığı bu xəbər yalandır və həqiqəti tam əks etdirmir.:

"Əksinə, Ermənistan silahlı qüvvələri bölmələri tərəfindən mövqelərimizin atəşə tutulmasına cavab olaraq Naxçıvanda yerləşən Əlahiddə Ümumqoşun Ordunun bölmələri düşmənə qarşı adekvat tədbirlər görüb”.

Günün  təklif  olunan  vieosu: Türkiyənin  F-16 təyyarələri Azərbaycana gəlib