Lənkəranda bir ailənin 9 üzvü qidadan zəhərlənib
12 Noyabr 2026, 17:19
Qaynar xətt:
(+99450) 247 90 86
REDAKTORUN SEÇİMİ
918
26.07.2020, 18:14
Hər bir millətin həm qürur duyacağı, həm də utananacağı insanlar var.
Rusiyada, RESO sığorta qrupunun ortağı olan, erməni əsilli milyarder Sergey Sarkisov Azərbaycan və erməni diasporlarının nümayəndələrindən Dağlıq Qarabağdakı münaqişənin kəskinləşməsi fonunda Moskvadakı iğtişaşlara son qoyulması üçün kömək istəyib.
Sfera.az bildirir ki, müraciət Sarkisovlar ailəsi və "Ermənilər Assambleyası” adından yayımlanıb.
Sarkisov o cümlədən, qeyd edib ki, "öz millətçiliyinin barbar təzahürünü ortaya qoyan, sadəcə fərqli bir millət olduqlarına görə insanları döyən və ya öldürən insanlardan” utanırdı.
Bundan başqa, Sarkisov bildirib ki, onun ailəsi Moskvada azərbaycanlıların əmlakına vandallar tərəfindən vurulmuş zərərin əvəzini ödəməyə hazırdır.
Sarkisovun müraciətində o cümlədən deyilir: "… Hər bir millətin həm qürur duyacağı, həm də utananacağı insanlar var.
Qardaşım və mən Moskvada doğulub böyüdük. – gözəl və nəcib insanlar olan, mənim çox dəyər verdiyim çoxlu azərbaycanlı dostlarım var.
Zorakılıq və dağıdıcılıqla milli kimliyini göstərməyə qərar verən vandallara görə onların qarşısında utanıram. Erməni qohumlarımın və dostlarımın qarşısında vətənlərindən uzaqda millətçiliyinin barbar bir təzahürünü ortaya qoyan, sadəcə fərqli millət olduqlarına görə insanları döyən və ya öldürənlər üçün utanıram.
Mən Ermənistan və Azərbaycan ziyalılarının nümayəndələrinə, hər iki millətin iş adamlarına müraciət edirəm: vandalları və ekstremistləri dayandırın, maarifləndirin. Onlara izah edin ki, xalqlarımızın adətində yaşamaq və işləmək, övladlarınız üçün təhsil almaq üçün verilmiş evdə dava-dalaş təşkil etmək yoxdur.
Rusiyanı nəzərdə tuturam. Xalqlarınızı, əcdadlarınızı rüsvay etməyin. Bu son günlərdə baş verənlər, ev sahiblərinə nankorluq və hörmətsizliyin təzahürünün qəbuledilməz bir formasıdır …
Ailəmiz, axmaqlıq və ya aldanma səbəbindən, əsl kişinin daha yüksək səslə qışqıran və ya şüşələri sındıran insan olduğuna inanan ermənilərin azərbaycanlı iş adamlarının əmlakına vurduğu ziyanı kompensasiya etmək öhdəliyini götürür …
Moskvalıları əmin etmək istəyirəm ki, xalqlarımızın nümayəndələri bu ölkəyə dinc, xoş niyyətlə, məhv etmək yox, yaratmaq məqsədi ilə gəliblər. ”
(ens.az)
10:45 / 17 Noyabr 2026
11
10:32 / 17 Noyabr 2026
43
10:30 / 17 Noyabr 2026
56
10:22 / 17 Noyabr 2026
51
10:17 / 17 Noyabr 2026
56
10:13 / 17 Noyabr 2026
57
10:00 / 17 Noyabr 2026
65
09:58 / 17 Noyabr 2026
169
09:54 / 17 Noyabr 2026
521
09:45 / 17 Noyabr 2026
72
09:43 / 17 Noyabr 2026
85
09:36 / 17 Noyabr 2026
78
09:33 / 17 Noyabr 2026
364
09:31 / 17 Noyabr 2026
109
09:28 / 17 Noyabr 2026
116
09:25 / 17 Noyabr 2026
89
09:11 / 17 Noyabr 2026
94
09:04 / 17 Noyabr 2026
98
08:26 / 17 Noyabr 2026
89
00:49 / 17 Noyabr 2026
187
00:34 / 17 Noyabr 2026
367
00:17 / 17 Noyabr 2026
170
23:58 / 16 Noyabr 2026
168
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.