Lənkəranda bir ailənin 9 üzvü qidadan zəhərlənib
12 Noyabr 2026, 17:19
Qaynar xətt:
(+99450) 247 90 86
REDAKTORUN SEÇİMİ
807
26.07.2020, 17:58
Azərbaycanda karantin rejiminin yumşaldılmağa başlaması insanlarımızı arxayın salmamalıdır. Karantin rejiminin qaydalarına mütləq şəkildə əməl olunmalıdır.
OXU24.COM KONKRET.az-ın xəbərinə görə bildirir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.
Deputat bildirib ki, Azərbaycanda koronavirusla mübarizə kifayət qədər uğurla aparılır, dövlət tərəfindən bütün tədbirlər görülür:
“Son günlərin statistikası müsbət tendensiyanın əldə olunduğunu göstərir. Bu tendensiyanı qoruyub saxlamaq üçün vətəndaşların da üzərinə böyük məsuliyyət düşür. Virusa qalib gəlmək üçün hər bir vətəndaş üzərinə düşən məsuliyyəti dərk etməlidir. Əks halda, bu qədər görülən işlər hədər gedər, virus yenidən artmağa başlaya bilər”.
M.Quliyev bildirib ki, Azərbaycan virusa qarşı mübarizədə artıq təcrübə əldə edib və virusu nəzarət altında saxlamağı bacarır:
“Bunu nəzərə alaraq, dövlət karantin rejimini iyulun 20-dən etibarən yumşaltmağa qərar verib. Lakin vətəndaşlar bu qərardan arxayınlaşmamalıdır. Çünki arxayınlaşıb qaydalara əməl etməmək, virusun yenidən geniş yayılmasına səbəb ola bilər. Bu halda karantin rejiminin yenidən sərtləşdirilməsi lazım gələcək”.
Millət vəkili qeyd edib ki, görülən işləri yarımçıq qoymamaq və əldə olunan nəticələri davam etdirmək, uğurlu sonluğa çatmaq üçün karantin rejiminin qaydalarına riayət etmək lazımdır. Qaydalar isə çox sadədir – tibbi maskadan istifadə etmək, ara məsafəsi saxlamaq, gigiyenik qaydalara əməl etmək, zərurət olmadığı halda evdən çıxmamaq, kütləvi şəkildə toplaşmamaq.
Komitə sədri vurğulayıb ki, dünyada hələ karantin rejimindən tamamilə çıxan ölkə yoxdur: “Azərbaycanda koronavirusa yoluxmanın, ölüm göstəricilərinin aşağı olması sevindiricidir. Ancaq heç bir halda bu, bizi arxayın salmalı deyil”.
10:45 / 17 Noyabr 2026
11
10:32 / 17 Noyabr 2026
43
10:30 / 17 Noyabr 2026
56
10:22 / 17 Noyabr 2026
51
10:17 / 17 Noyabr 2026
56
10:13 / 17 Noyabr 2026
57
10:00 / 17 Noyabr 2026
65
09:58 / 17 Noyabr 2026
169
09:54 / 17 Noyabr 2026
521
09:45 / 17 Noyabr 2026
72
09:43 / 17 Noyabr 2026
85
09:36 / 17 Noyabr 2026
78
09:33 / 17 Noyabr 2026
364
09:31 / 17 Noyabr 2026
109
09:28 / 17 Noyabr 2026
116
09:25 / 17 Noyabr 2026
89
09:11 / 17 Noyabr 2026
94
09:04 / 17 Noyabr 2026
98
08:26 / 17 Noyabr 2026
89
00:49 / 17 Noyabr 2026
187
00:34 / 17 Noyabr 2026
367
00:17 / 17 Noyabr 2026
170
23:58 / 16 Noyabr 2026
168
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.