Pul axını başladı - Bu bürclər zənginləşə bilər
08 May 2026, 17:45
Qaynar xətt:
(+99450) 247 90 86
REDAKTORUN SEÇİMİ
1733
14.06.2020, 00:59
Həmçinin oxu: Karantin uzadılacaq, İyulun 1-dən...- RƏSMİ AÇIQLAMA
Azərbaycanın sərt karantin rejimininin tətbiq edildiyi iri şəhər və rayonlarında kənd təsərrüfatı ilə məşğul olan şəxslərin hərəkətinə icazə verildiyi hallar məlum olub.
OXU24.COM xəbər verir ki, bu barədə məlumat Nazirlər Kabinetinin dəyişiklik etdiyi “Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin, Abşeron, Salyan, Kürdəmir, Yevlax və İsmayıllı rayonlarının ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” qərarında öz əksini tapıb.
Qeyd olunub ki, sərt karantin günlərində kənd təsərrüfatı texnikasından istifadə oluna bilər. Rayonlarda kənd təsərrüfatı məhsullarının toplanması ilə bağlı fəaliyyətə, habelə növbəli suvarma, təxirəsalınmaz baytarlıq və bitki mühafizə xidmətlərinin fəaliyyətinə icazə verilir.
Bu sahələrdə fəaliyyət göstərən fiziki şəxslərin hərəkətinə olduğu yer üzrə yerli icra hakimiyyəti orqanlarının ərazi nümayəndəliklərinin arayışı əsasında yol verilir. Fermer tərəfindən müvafiq arayış xüsusi karantin rejiminin sərtləşdirilməsinin nəzərdə tutulduğu günədək əldə edilir və arayışda fiziki şəxsin soyadı, adı, atasının adı, şəxsiyyət vəsiqəsinin seriyası və nömrəsi, hərəkətinə icazə verilən ərazi və arayışın qüvvədə olduğu müddət göstərilir.
Qeyd edək ki, 2020-ci il 14 iyun saat 00:00-dan 16 iyun saat 06:00-dək Bakı, Gəncə, Lənkəran və Sumqayıt şəhərlərinin, Abşeron, Yevlax, İsmayıllı, Kürdəmir və Salyan rayonlarının ərazisində sərtləşdirilmiş karantin rejimi tətbiq edilib. Həmin müddət ərzində qeyd olunan ərazilərdə bütün iş, xidmət və ticarət sahələri üzrə fəaliyyət, eyni zamanda ictimai nəqliyyatın və avtomobillərin hərəkəti dayandırılıb (xüsusi təyinatlı, qəza-bərpa, təcili tibbi yardım avtomobillərinin və fəaliyyətinə icazə verilən orqanların (qurumların) və təşkilatların xidməti, həmçinin onların əməkdaşlarına məxsus şəxsi avtomobillərin, eyni zamanda yaxın qohumlarının dəfnində iştirakla əlaqədar vətəndaşların şəxsi avtomobillərinin hərəkəti istisna olmaqla).
Həmin müddət ərzində həmin yerlərdə əhalinin yaşayış yerlərini və ya olduğu yerləri tərk etməsi qadağan edilib.
Günün təklif olunan videosu:
13:49 / 12 May 2026
100
13:48 / 12 May 2026
50
13:34 / 12 May 2026
45
13:11 / 12 May 2026
333
13:02 / 12 May 2026
96
12:56 / 12 May 2026
63
12:49 / 12 May 2026
342
12:47 / 12 May 2026
54
12:43 / 12 May 2026
73
12:40 / 12 May 2026
66
12:31 / 12 May 2026
202
12:25 / 12 May 2026
69
12:20 / 12 May 2026
70
12:05 / 12 May 2026
92
12:02 / 12 May 2026
150
11:54 / 12 May 2026
71
11:43 / 12 May 2026
81
11:38 / 12 May 2026
119
11:23 / 12 May 2026
1146
11:19 / 12 May 2026
69
11:11 / 12 May 2026
76
11:06 / 12 May 2026
69
11:02 / 12 May 2026
342
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.