Qaynar xətt:

(+99450) 247 90 86

Sərt karantin rejimi bu rayonun kəndlərinə aid deyil – RƏSMİ

Sərt karantin rejimi bu rayonun kəndlərinə aid deyil – RƏSMİ

REDAKTORUN SEÇİMİ

946

12.06.2020, 17:44

“Sərt karantin rejimi Lənkəran şəhərinin yalnız özündə tətbiq ediləcək.

Amma Lənkəran rayonunun digər kəndlərində sərt karantin rejimi tətbiq olunmayacaq”.

Oxu24.com  xəbər verir ki, bunu Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) şöbə rəisi Kamran Əliyev Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.

“Bununla yanaşı İsmayıllı, Yevlax, Salyan və Kürdəmir rayonlarının bütün ərazilərində sərt karantin rejimi tətbiq olunduğuna görə bu qadağa həmin rayonların kəndlərini də əhatə edəcək”, – o bildirib.