"Bakıda çirklənmə var, amma Tehranda, Təl Əvivdəki qədər yüksək deyil "
17 Fevral 2026, 18:46
Qaynar xətt:
(+99450) 247 90 86
REDAKTORUN SEÇİMİ
655
12.06.2020, 17:33
Azərbaycanda böyük rezonans dorğuran “Nərmin cinayəti”lə bağlı yeni məlumatlar var.
"Ölkə.Az" xəbər verir ki, bu barədə Modern.az-a 2019-cu ilin noyabrında Tovuzun Dondar Quşçu kəndində itkin düşən, 2020-ci ilin ilin yanvarında yandırılmış meyiti tapılan 10 yaşlı Nərmin Quliyevanın valideynləri məlumat veriblər.
N.Quliyevanın anası Aliyə Quliyeva saytımıza bildirib ki, övladının qatili İlkin Süleymanovdur:
“Mənim balamı öldürən İlkindir. Yayılan səs yazıları, “Youtube”a yerləşdirilən videoların hamısı onun qohum-əqrəbasının işləridir. Onlar bununla özlərini müdafiə etdiklərini düşünürlər. Amma vaxtında, bu işi biləndə uşağımı gətirib verərdilər. İndi hər şey üçün gecdir”.
Nərmin Quliyevanın atası Şərif Quliyev deyib ki, dövlətin, qanunun verəcəyi qərarlara gözləyirlər:
“Bizim başqa söykənəcəyimiz bir şey yoxdur. Hüquq-mühafizə orqanlarının apardığı araşdırmalara inanırıq. O yayılan səs yazısı da araşdırıldı. Məlum oldu ki, bunu İlkinin qohumları onu təmizə çıxarmaq üçün edirlər. Hətta şayiə yayırlar ki, guya bizə dövlət pul verir, yardım verir. Ağıllarına gələni danışırlar. Çünki bilirlər ki, İlkin günahkardır.
Nərmin rəhmətə gedəndə iş adamları bizə dəstək oldular, bunu danmaq olmaz, çox sağ olsunlar. Amma demək ki, bizə dövlət tərəfindən yardım edilir və s. ağ yalandır. İlkinin ailəsinin çalışdığı odur ki, biz onlardan şikayətçi olmayaq və o azadlığa çıxsın. Amma onu biz şikayət etməmişik, hüquq-mühafizə orqanları araşdırıb tapıb təqsirkarı.
Həmçinin oxuyun
Ş.Quliyev deyib ki, yaxın günlərdə Bakıya gələcək:
“Bir neçə gün əvvəl İlkinin qapalı məhkəməsi keçirilib, heç bir məluamtımız yoxdur. Bakıya gəlməkdə məqsədim bununla bağlı Baş Prokuroluğa gedib, məlumat almaqdır”.
Xatırladaq ki, Tovuz rayonunun Dondar Quşçu kənd sakini N.Quliyeva ötən il noyabrın 21-də itkin düşüb, onun meyiti yanvarın 6-da yandırılmış halda tapılıb. Faktla bağlı Cinayət Məcəlləsinin 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə) maddəsi ilə cinayət işi başlanılıb. Yanvarın 10-da isə hadisəni törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, işləməyən, 1973-cü il təvəllüdlü İ.Süleymanov saxlanılaraq istintaqa cəlb edilib. O, müdafiəçinin iştirakı ilə dindirilərkən törətdiyi əməli tam etiraf edib.
Daha sonra İ.Süleymanov etirafa məcbur edildiyini iddia edib. Onun vəkilləri bununla bağlı Baş Prokurorluğa şikayət edib və buna görə məsuliyyət daşıyan vəzifəli şəxslərin cinayət məsuliyyətinə cəlb olunmasını istəyib. Lakin Baş prokurorun sabiq I müavini Rüstəm Usubov şikayətin əsassız olması, buna görə də cinayət işi başlanmasının rədd olunması ilə bağlı qərar verib. Müdafiçilər həmin qərarın ləğvi üçün bir neçə gün əvvəl məhkəməyə müraciət ediblər. Həmin şikayatə iyunun 3-də Səbail rayon Məhkəməsində baxılıb. Qapalı keçirilən məhkəmə iclasına İlkin Süleymanovun özü də gətirilib.
21:24 / 21 Fevral 2026
13
21:12 / 21 Fevral 2026
29
21:04 / 21 Fevral 2026
26
20:49 / 21 Fevral 2026
31
20:46 / 21 Fevral 2026
165
20:29 / 21 Fevral 2026
37
20:05 / 21 Fevral 2026
56
19:59 / 21 Fevral 2026
53
19:43 / 21 Fevral 2026
47
19:35 / 21 Fevral 2026
122
19:30 / 21 Fevral 2026
63
19:17 / 21 Fevral 2026
56
19:04 / 21 Fevral 2026
69
18:49 / 21 Fevral 2026
56
18:39 / 21 Fevral 2026
61
18:26 / 21 Fevral 2026
58
18:19 / 21 Fevral 2026
69
18:19 / 21 Fevral 2026
70
18:08 / 21 Fevral 2026
83
17:55 / 21 Fevral 2026
76
17:33 / 21 Fevral 2026
71
16:49 / 21 Fevral 2026
93
15:11 / 21 Fevral 2026
284
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.