Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
32532
az

BNA: Sərnişindaşıma 6 iyun saat 00:00-dan 8 iyun 06:00-dək tam dayandırılacaq

20:2004 İyun, 2020
621
REDAKTORUN SEÇİMİ
  • A

Bakı Nəqliyyat Agentliyi (BNA) sərt karantin rejimi müddətində əməkdaşlarının daşınması üçün nəqliyyat xidmətlərinə ehtiyacı olan müəssisə və təşkilatlara müvafiq dəstək göstərilməsinə hazırdır. Lakin daşımaları daxili imkanlar hesabına tənzimləyə bilməyən müəssisə və təşkilatlar ciddi zərurət olduğu halda Nazirlər Kabineti yanında Operativ Qərargaha müraicət etməlidir. Yalnız Operativ Qərargahın müvafiq tapşırığı əsasında nəqliyyat xidmətlərinin göstərilməsi təmin olunacaq. 

BNA-dan APA-ya verilən məlumata görə, nəqliyyat xidmətləri ilə bağlı müraciətlər əvvəlcədən planlı qaydada olmalıdır. Bu nəqliyyat vasitələrinin, sürücü və digər texniki heyətin hazırlanması baxımından vacibdir. 

Qeyd edilib ki, sərt karantin rejimi tətbiq olunması ilə əlaqədar 2020-ci il 6 iyun saat 00:00-dan 8 iyun saat 06:00-dək Bakı şəhərində müntəzəm və ekspres xətlər üzrə sərnişindaşımaları tam dayandırılacaq. 5 iyun 2020-ci il tarixində isə müntəzəm və ekspres xətlər üzrə avtobuslar adi rejimdə olduğu kimi fəaliyyət göstərəcək. 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq edilib
Amerikalılara Livanı tərk etmək tövsiyə olunur
Böyük Britaniya sərhəddə problemlərlə üzləşir

WhatsApp-da yeni funksiya işə salındı

18+

Pəncərədən atılan qadın ərinə xəyanət edibmiş - ŞOK VİDEOSU YAYILDI
İsrail qüvvələri TRT komandasına hücum edib
Burun əməliyyatı keçirən qadının gözü çəpləşdi - FOTO
Yaddaş üçün ən faydalı qidaların adları açıqlanıb
Qonaq qaldığı evdən 3 min 500 manat qızıl oğurladı