Pul axını başladı - Bu bürclər zənginləşə bilər
08 May 2026, 17:45
Qaynar xətt:
(+99450) 247 90 86
REDAKTORUN SEÇİMİ
1333
01.06.2020, 16:54
Bu gün 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür. Bayramın 1950-ci ildə BMT Baş Assambleyası tərəfindən qeyd olunması qərara alınıb. Həmin gün təşkil olunan “Qadınların Beynəlxalq Konfransı”nda uşaq hüquqlarının təmin edilməsi ilə bağlı təkliflər səslənib və elə həmin tədbirdə də 1 iyun tarixini uşaqların beynəlxalq müdafiəsinə həsr etmək qərarı verilib. Dünyanın əksər ölkələrində olduğu kimi, bu gün Azərbaycanda da qeyd edilir.
“Azərbaycanda uşaqların problemi doğumdan başlayır. Ölkəmizdə uşağın doğulması üçün xəstəxanalarda 600-2000 manat və bəzi hallarda daha yüksək məbləğ tələb olunur”.
Bu barədə bizimyol.info-ya Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Folklor İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Əpoş Vəliyev bildirib.
Ə.Vəliyev deyib ki, bağçalara qəbul hələ də elektron olmadığı üçün uşağın bağçaya qoyulması üçün dövlət bağçalarında 400-600 manat vəsait tələb olunur: “Dövlət bağçalarında qeyri-rəsmi olaraq aylıq ödəniş 20-60, özəl bağçalarda isə 1000-1500 manat tələb olunur. Məktəblərə qəbul son illərdə şəffaflaşdırılmağa doğru getsə də, hələ də bəzi məktəblərdə müxtəlif bəhanələrlə uşaqlardan pul yığılmaqda davam edilir. Uşaqların valideynləri tərəfindən təhsildən uzaqlaşdırılması, qız uşaqlarının yetkinlik yaşına çatmadan ərə verilməsi kimi hallar hələ də yaşanmaqdadır”.
Ə.Vəliyevin sözlərinə görə, Azərbaycanda uşaqların ən böyük problemi onların uzun illər öncə “uşaq pulu”ndan məhrum edilməsidir:
“Hazırda yeni doğulan uşağa görə birdəfəlik müavinət 200 manatdır. Bu heç doğum xərcinin üçdən birini qarşılamır. Əlil uşaqlara 150 manat müavinət verilir. Çoxuşaqlı ailələr üçün isə yalnız 5-ci uşaqdan sonra müavinət verilir. Bu gün uşaq pulu verilmədiyi üçün maddi vəziyyəti yaxşı olmayan ailələrdə ana düzgün qidalana bilmir və buna görə də uşaq ana südü ilə təmin olunmur. Bu zaman uşaq qidaları alınmalıdır ki, ölkəmizdə bu qidalar da çox bahadır. Uşaqların normal inkişafı, sağlam qidalanaraq böyüməsi üçün uşaq pulunun bərpasına ehtiyac var. Sosial vəziyyəti ağır olan ailələrə belə bir yardımın verilməsi təbii ki, böyük dəstək olacaq. Çünki uşaqların aylıq xərcləri kifayət qədər yüksəkdir. Bir çox hesablamalar onu göstərir ki, hətta uşağa yaşlı insandan daha çox xərc tələb olunur. Çünki onun saxlanma şəraiti, xüsusilə yeməkləri, tibbi xərcləri ilə bağlı bir çox xərclərin olması ailələrə böyük maddi yük olur. Azərbaycanda uşaqlara qayğıdan danışmaq üçün öncə uşaq pulu bərpa edilməlidir. O zamana kimi uşaqlara qayğıdan danışmağa haqqımız yoxdur”.
Ə.Vəliyev deyib ki, ölkəmizdə uşaqların sosial və hüquqi müdafiəsi ilə bağlı məsələlər Konstitusiya, qanunverici və normativ-hüquqi aktlarla tənzimlənir: “Bu sahədə əsas normativ sənəd 1998-ci il mayın 19-da qəbul edilmiş “Uşaq Hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunudur”.
09:48 / 11 May 2026
1
09:45 / 11 May 2026
19
00:40 / 11 May 2026
321
00:29 / 11 May 2026
203
00:17 / 11 May 2026
361
23:54 / 10 May 2026
355
23:46 / 10 May 2026
351
22:48 / 10 May 2026
100
22:27 / 10 May 2026
109
22:27 / 10 May 2026
115
22:12 / 10 May 2026
116
21:24 / 10 May 2026
427
21:21 / 10 May 2026
119
21:17 / 10 May 2026
116
21:09 / 10 May 2026
113
21:01 / 10 May 2026
336
20:36 / 10 May 2026
99
20:00 / 10 May 2026
112
19:36 / 10 May 2026
118
18:54 / 10 May 2026
414
18:31 / 10 May 2026
124
17:59 / 10 May 2026
213
17:51 / 10 May 2026
127
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.