Qaynar xətt:

(+99450) 247 90 86

Əhaliyə xəbərdarlıq! Hava kəskin dəyişir, bu insanlar özünü pis hiss edəcək

Əhaliyə xəbərdarlıq! Hava kəskin dəyişir, bu insanlar özünü pis hiss edəcək

REDAKTORUN SEÇİMİ

1184

30.05.2020, 13:50

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi,  lakin gecə bəzi yerlərdə qısamüddətli az yağış yağacağı gözlənilir. 

Milli Hidrometeorologiya Xidmətindən  Oxu24.com-a  verilən xəbərə görə, səhər duman olacaq, güclü şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu  Abşeron yarımadasında gecə 17-19, gündüz  20-24, Bakıda  gecə 17-19, gündüz 22-24 dərəcə isti olacaq.

Rayonlarda havanın əsasən yağmursuz keçəcəyi, lakin bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi gözlənilir. 

Səhər  bəzi yerlərdə  duman olacaq, qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu  gecə 16-21, gündüz  30-35, dağlarda gecə 8-13, gündüz 15-20 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoza əsasən, bu gün gündüzdən 31-i axşamadək  Abşeron yarımadasında güclü xəzri küləyinin əsəcəyi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişsizdir.