İcra başçısı əkdiyi düyüdən aş qonaqlığı verir -VİDEO
23 Oktyabr 2026, 11:43
Qaynar xətt:
(+99450) 247 90 86
REDAKTORUN SEÇİMİ
653
26.04.2020, 21:58
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat katibi Fazil Talıbov dövlətin pandemiya dövründə aztəminatlı ailələrə ayırdığı 190 manatı almaq üçün 2-3 obyekti, 49 mənzili olanların da müraciət etdiyini bildirib. Nazirlik rəsmisi qeyd edib ki, bu cür müraciətlər qəbul edilmir.
Mövzunu Axar.az-a şərh edən iqtisadçı Qabil Toğrul maraqlı açıqlama ilə çıxış edib. O, 49 mənzilə sahib şəxsin bu müraciətinə qətiyyən haqq qazandırmadığını, ancaq həmin şəxsə 190 manatın verilməməsinin qanunvericiliyə zidd olduğunu açıqlayıb.
Onun sözlərinə görə, nə "Məşğulluq haqqında” Qanunda, nə də "İşsizlikdən sığorta haqqında” Qanunda mülkiyyətində 2 və daha çox daşınmaz əmlak olan şəxsin məşğul sayılması və ya işsiz kimi qeydiyyata alınmasına məhdudiyyət qoyulması barədə müddəa var. Ekspertin fikrincə, hətta adına yüz mənzil olan da işsiz sayıla bilər, çünki belələri qeyri-rəsmi sahibkarlıq fəaliyyəti ilə məşğul olur və rəsmən işsiz sayılır.
Q.Toğrul bu faktdan çıxış edərək, "işsizlik” və "aztəminatlı” məfhumlarının bir-birindən fərqləndirilməsinin və kirayə mənzil bazarına diqqət ayrılmasının vacibliyinə toxunub.
Hüquqşünas Səməd Vəkilov isə saytımıza açıqlamasında iqtisadçının fikirləri ilə razılaşmayaraq bildirib ki, çoxlu sayda mülk sahibi olanlara 190 manat yardımın verilməsi nə "Məşğulluq haqqında” Qanuna, nə Avropa Sosial Xartiyasına, nə də Azərbaycan Respublikasının Konstitusiyasına uyğundur:
"Məşğulluq haqqında” Qanun vətəndaşların işsizliyinin aradan qaldırılmasına xidmət edir. İşsizlik statusu da bütün dünyada vətəndaşın aztəminatlı və sosial cəhətdən aşağı hissəsini əhatə edir. Bütün dünyada işsiz əhaliyə kompensasiya verilir. Konstitusiyanın əsas müddəalarından biri də insanların hüquq bərabərliyi prinsipidir. Heç bir halda əmlakı olmayan, kirayədə qalan insanın işsiz kimi müraciət etməsi ilə bir neçə əmlakı olan şəxsin müraciəti eyni tutula bilməz”.
S.Vəkilov bildirib ki, insanın 50 mülkü varsa, o heç vaxt aztəminatlı ola bilməz:
"Belə şəxsləri ən azından ictimai qınaq hədəfinə çevirmək lazımdır. Qanunvericiliyin məqsədi aztəminatlı işsiz ailənin sosial vəziyyətini yaxşılaşdırmaqdır. Qanunda birbaşa məhdudiyyət olmasa da, qanunvericiliyin mahiyyəti, fəlsəfəsi aydındır. Bu baxımdan, çox sayda əmlak və mülk sahiblərinin bu kimi dövlət yardımları üçün müraciət etmələri nə əxlaqa, nə qanuna uyğundur. Hesab edirəm ki, bu məsələdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi doğru addım atıb. Bundan sonra da daha diqqətli olmalı və belə şəxslərin yardım istəyinə imtina cavabı verilməlidir”.
00:42 / 27 Oktyabr 2026
1
00:00 / 27 Oktyabr 2026
41
23:43 / 26 Oktyabr 2026
77
23:30 / 26 Oktyabr 2026
65
23:16 / 26 Oktyabr 2026
79
23:08 / 26 Oktyabr 2026
67
22:58 / 26 Oktyabr 2026
78
22:56 / 26 Oktyabr 2026
79
22:51 / 26 Oktyabr 2026
64
22:34 / 26 Oktyabr 2026
322
22:30 / 26 Oktyabr 2026
78
22:11 / 26 Oktyabr 2026
81
22:11 / 26 Oktyabr 2026
72
22:04 / 26 Oktyabr 2026
90
22:02 / 26 Oktyabr 2026
83
21:58 / 26 Oktyabr 2026
72
21:53 / 26 Oktyabr 2026
182
21:44 / 26 Oktyabr 2026
76
21:32 / 26 Oktyabr 2026
78
21:30 / 26 Oktyabr 2026
78
21:05 / 26 Oktyabr 2026
1333
21:02 / 26 Oktyabr 2026
89
20:56 / 26 Oktyabr 2026
105
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.