Lənkəranda bir ailənin 9 üzvü qidadan zəhərlənib
12 Noyabr 2026, 17:19
Qaynar xətt:
(+99450) 247 90 86
REDAKTORUN SEÇİMİ
1484
31.03.2020, 13:41
ww.asanpay.az ünvanından avtomobil sahiblərinin telefonlarına son tarix göstərilməklə növbəti texniki baxışın keçirilməsi, əks halda cərimə tədbirlərinin qüvvəyə minməsi barədə SMS-lər daxil olmağa davam edir.
Paytaxt sakinləri üçün texniki baxış Xırdalan və Sabunçudakı DYP mərkəzlərində edilə bilər. Ancaq bu gün bir çox avtomobil sahibləri üçün karantin tədbirləri şəraitində bunu etmək bir qədər çətin görünür. Bununla yanaşı texniki baxış zamanı növbə, sıxlıq yaranır ki, bu da vətəndaşların sağlamlığı üçün təhlükə yaradır. Bəs avtomobil sahibləri üçün texniki baxış vaxtını dəyişdirmək mümkündürmü?
Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev Yenisabah.az saytına açıqlamasında mövcud vəziyyətlə əlaqədar bu müddət ərzində texniki baxışdan keçməyən şəxslərin əlavə məsuliyyətə cəlb olunmayacağını və onların bu qayda pozuntusu xüsusi texniki vasitənin köməyilə aşkar edilməyəcəyini deyib:
"Avtomobil sahibi olan şəxslərin hazırda bu məqsədlə harasa getməsinə ehtiyac yoxdur. Bu proses xüsusi karantin rejiminin sonunadək dayandırılıb. Sözsüz ki, bu məhdudiyyət və inzibati məsuliyyətə cəlb olunmaq xüsusi karantin rejiminin tətbiqindən başlanan və sonunadək olan müddətə təsadüf edən nəqliyyat vasitələrinə aiddir.
Əhalinin evdən çıxmaması haqqında Nazirlər Kabineti yanında Operativ Qərargah qərar qəbul edib. Ona görə də hazırda onlar məsuliyyətə cəlb olunmayacaqlar. Sürücülərin narahatlığına ehtiyac yoxdur. Karantin müddəti başa çatdıqdan sonra onlara vaxt veriləcək ki, gedib texniki baxışdan keçsinlər. Amma verilən müddət ərzində texniki baxışdan keçməsələr artıq inzibati məsuliyyətə cəlb olunacaqlar”.
23:26 / 19 Noyabr 2026
42
23:22 / 19 Noyabr 2026
45
23:15 / 19 Noyabr 2026
52
23:15 / 19 Noyabr 2026
60
23:06 / 19 Noyabr 2026
112
23:05 / 19 Noyabr 2026
76
22:59 / 19 Noyabr 2026
76
22:47 / 19 Noyabr 2026
87
22:43 / 19 Noyabr 2026
320
22:35 / 19 Noyabr 2026
83
22:31 / 19 Noyabr 2026
70
22:14 / 19 Noyabr 2026
79
22:10 / 19 Noyabr 2026
101
22:03 / 19 Noyabr 2026
77
22:01 / 19 Noyabr 2026
79
21:51 / 19 Noyabr 2026
78
21:48 / 19 Noyabr 2026
174
21:45 / 19 Noyabr 2026
599
21:42 / 19 Noyabr 2026
80
21:29 / 19 Noyabr 2026
87
21:18 / 19 Noyabr 2026
414
21:13 / 19 Noyabr 2026
93
21:05 / 19 Noyabr 2026
127
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.