Lənkəranda bir ailənin 9 üzvü qidadan zəhərlənib
12 Noyabr 2026, 17:19
Qaynar xətt:
(+99450) 247 90 86
REDAKTORUN SEÇİMİ
1777
31.03.2020, 10:33
"Seçilmiş fəaliyyət sahələri iki qrupa ayrılacaq: I. Tam zərər çəkən sahələr, II. Qismən zərər çəkən sahələr. Əməkhaqqına subsidiyaya iki əmsal tətbiq ediləcək: I. Tam sərər çəkən sahələrdə 1 (bir), II. qismən zərər çəkən sahələrdə isə 0.7. Yəni əgər Siz birinci kateqoriyaya aid fəaliyyət sahəsində muzdla çalışır və 700 manat maaş alısınızsa bu məbləğ tam həcmdə ödəniləcək".
Oxu24.com xəbər verir ki, bunu iqtisadçı ekspert Rəşad Həsənov Əməkhaqqı fonduna dəstək və işyerlərinin ixtisarı hallarının qarşısının alınması ilə bağlı gözlənilən tədbirlərlə bağlı bildirib.
Ekspertin fikrinə görə, əgər siz ikinci kateqoriyaya daxil olan fəaliyyət sahəsində çalışır və 700 manat maaş alırsınızsa, bu zaman 700 manata 0.7 əmsal tətbiq ediləcək və Sizə 490 manat ödəniləcək.
Rəşad Həsənov əlavə edib ki, kompensasiyanın maksimum həcmi 712 manatdan (2020-ci ilin yanvar ayı üçün orta aylıq əməkhaqqı məbləği) artıq olmayacaq:
"Kompensasiya təxminən 304 min muzdlu çalışana aid ediləcək. İctimai iaşə, xidmət və turizm sahələrində muzdla çalışanlar üçün 712 manatdan artıq olmamaq şərti ilə 100 faiz kompensasiya almaq imkanı yaradılır".
23:26 / 19 Noyabr 2026
42
23:22 / 19 Noyabr 2026
45
23:15 / 19 Noyabr 2026
52
23:15 / 19 Noyabr 2026
60
23:06 / 19 Noyabr 2026
112
23:05 / 19 Noyabr 2026
76
22:59 / 19 Noyabr 2026
76
22:47 / 19 Noyabr 2026
87
22:43 / 19 Noyabr 2026
320
22:35 / 19 Noyabr 2026
83
22:31 / 19 Noyabr 2026
70
22:14 / 19 Noyabr 2026
79
22:10 / 19 Noyabr 2026
101
22:03 / 19 Noyabr 2026
77
22:01 / 19 Noyabr 2026
79
21:51 / 19 Noyabr 2026
78
21:48 / 19 Noyabr 2026
174
21:45 / 19 Noyabr 2026
599
21:42 / 19 Noyabr 2026
80
21:29 / 19 Noyabr 2026
87
21:18 / 19 Noyabr 2026
414
21:13 / 19 Noyabr 2026
93
21:05 / 19 Noyabr 2026
127
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.