Lənkəranda bir ailənin 9 üzvü qidadan zəhərlənib
12 Noyabr 2026, 17:19
Qaynar xətt:
(+99450) 247 90 86
REDAKTORUN SEÇİMİ
892
31.03.2020, 00:58
İndiki böhranın unikallığı ondan ibarətdir ki, bu, heç bir nəzəriyyədə, dərslikdə bəhs edilən iqtisadi böhran deyil.
Oxu24.com xəbər verir ki, bunu Azərbaycan Televiziyasına müsahibəsində Azərbaycanın İqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.
Onun sözlərinə görə, qeyri-müəyyənlik elementi belə bir dönəmdə verilən qərarların sürət və keyfiyyətini ön plana çıxır:
“Biz iqtisadiyyatımızı sağlam, dayanıqlı və rəqabətə davamlı bir iqtisadiyyat kimi görmək istəyirik. Biz dar günündə dövlətinə söykənmək üçün mənəvi haqqı olan, gündəlik fəaliyyətində yüksək sosial-korporativ hissini qoruyan bir iqtisadiyyatı görmək istəyirik. Biz növbəti günlər və həftələr ərzində koronavirus pandemiyasının iqtisadiyyata mümkün təsirlərini aradan qaldırmağa istiqamətlənmiş proqramların son dizaynını həm həmkar qurumlarla, həm də özəl sektorun nümayəndələri ilə bəlli bir son nəticəyə gətirəcəyik. Cənab Prezidentin bizə verdiyi tapşırıq ondan ibarət idi ki, biz iqtisadiyyata dəstək proqramını 1 milyard manatla məhdudlaşmayaraq daha geniş bir proqram şəklinə gətirə bilək”
M.Cabbarov iki yeni təklif olunan proqramın üstündə xüsusilə dayanıb:
“Bunlardan birincisi olaraq qarşmza çıxan 1 miyard manatlıq proqram mövcud kredit portfelinin dəstək proqramdır. Məlumdur ki, bir sıra sahibkarlarımızın bank kreditləri var. Biz bu kreditlerin elementlərini digər həmkar subyektlərlə birgə müəyyənləşdirəcəyik. Əsas hədəfimiz biznes kreditləridir. Ola bilsin ki, sözügedən proqram çərçivəsində müəyyən həcm istehlak kreditlərinin dəstəyinə də ayrılsın. Əsas parametrləri özümüz üçün müəyyənləşdirmişik. Dövlət bu proqram çərçivəsində xüsusi meyarlara cavab verən kreditlərin faizlərinin ödənməsində faiz dərəcəsinin yükünü 10 faizə qədər endirə bilər. Dövlət Sahibkarlıq Milli Fondu vasitəsilə həmin faizlərin ödənilməsinə dəstək verəcək”.
23:26 / 19 Noyabr 2026
42
23:22 / 19 Noyabr 2026
45
23:15 / 19 Noyabr 2026
52
23:15 / 19 Noyabr 2026
60
23:06 / 19 Noyabr 2026
112
23:05 / 19 Noyabr 2026
76
22:59 / 19 Noyabr 2026
76
22:47 / 19 Noyabr 2026
87
22:43 / 19 Noyabr 2026
320
22:35 / 19 Noyabr 2026
83
22:31 / 19 Noyabr 2026
70
22:14 / 19 Noyabr 2026
79
22:10 / 19 Noyabr 2026
101
22:03 / 19 Noyabr 2026
77
22:01 / 19 Noyabr 2026
79
21:51 / 19 Noyabr 2026
78
21:48 / 19 Noyabr 2026
174
21:45 / 19 Noyabr 2026
599
21:42 / 19 Noyabr 2026
80
21:29 / 19 Noyabr 2026
87
21:18 / 19 Noyabr 2026
414
21:13 / 19 Noyabr 2026
93
21:05 / 19 Noyabr 2026
127
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.