Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
27529
az

DIQQƏT! Bu gündən Azərbaycanda xüsusi karantin rejimi gücləndirilib

00:1129 Mart, 2020
881
REDAKTORUN SEÇİMİ
  • A
Yeni koronavirus (COVID-19) təhlükəsi ilə əlaqədar martın 29-dan Azərbaycan ərazisində xüsusi karantin rejimi gücləndirilib. APA-nın məlumatına görə, Nazirlər Kabineti yanında Operativ Qərargahın martın 27-də yaydığı məlumatda bildirilir ki, 29 mart saat 00:00-dan etibarən ölkə ərazisində xüsusi karantin rejimi gücləndirilsin. Xüsusi karantin rejimi dövründə xüsusi təyinatlı, o cümlədən təcili tibbi yardım, qəza-bərpa, xilasedici, kənd təsərrüfatı, sosial xidmət məqsədli, habelə yük daşıyan avtomobillərin hərəkəti istisna olmaqla, rayonlararası və şəhərlərarası nəqliyyat hərəkəti tam dayandırılıb. Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunun hüdudları daxilində hərəkət sərbəstdir. Nəqliyyat vasitələri üzrə: Bakı metrosunun iş vaxtı səhər 07:00-09:00 və axşam 17:00-20:00 saatlarına müəyyən edilib. Ticarət obyektləri üzrə: Xüsusi karantin rejimi dövründə supermarketlər, ərzaq mağazaları və apteklər istisna olmaqla, bütün ticarət obyektlərində, müştərilərə yerində xidmət dayandırılsın, çatdırma və onlayn satışlara məhdudiyyətsiz icazə verilib. İctimai iaşə obyektləri üzrə: Xüsusi karantin rejimi dövründə bütün ictimai iaşə obyektlərində, o cümlədən restoran, kafe və çay evlərində müştərilərə yerində xidmət dayandırılıb və evə götürmə, çatdırma, və onlayn satışlara məhdudiyyətsiz icazə verilib. Əhalinin hərəkəti üzrə: Bütün bulvar, park və istirahət məkanlarına insanların sıxlığını tənzimləmək məqsədilə giriş məhdudlaşdırılıb. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Putin onunla görüşəcək
Küləyin sürəti Bakı və Abşeron yarımadasında 27 m/s təşkil edir -FAKTİKİ HAVA

90% kişilərin şəhadət barmağında görünən çapığın sirri -Ajiotajın səbəbi tapıldı

18+

Hadisənin 18+ görüntüləri yayıldı
Çimərliyə raket düşdü - DƏHŞƏTLİ VİDEO
Məktəb direktoru müəlliməyə qoyun dedi -  Müəllimin üstünə təcili yardım gəldi
Corabınızın içərisinə soda tökün və geyinin - Görün,hansı xəstəliyi müalicə edirmiş
Kralın atı qadını ölümcül etdi