İcra başçısı əkdiyi düyüdən aş qonaqlığı verir -VİDEO
23 Oktyabr 2026, 11:43
Qaynar xətt:
(+99450) 247 90 86
REDAKTORUN SEÇİMİ
1248
26.03.2020, 18:43
Ölkəmizdə koronavirus infeksiyasına (COVID-19) qarşı mübarizə tədbirlərinə dəstək məqsədilə Azərbaycan Beynəlxalq Bankı növbəti addımını atıb. Bu xəstəliyin xüsusilə yaşlı insanların səhhəti üçün doğurduğu təhlükələri nəzərə alaraq Bank pensiyaçıların banka gəlmək ehtiyaclarını aradan qaldırmaq üçün "Böyüklərə hörmətlə” təşəbbüsünü elan edib.
Oxu24.com bildirir ki, bu təşəbbüs çərçivəsində, ilk növbədə, müddəti mart ayında başa çatan bütün pensiya kartlarından istifadə vaxtı apreldən etibarən daha 3 ay uzadılır. Bununla da pensiya kartının müddəti tamamlanmış yaşlıların kartlarını yeniləməkdən ötrü banka gəlmələrinə daha ehtiyac qalmır. Kart sahibləri yalnız Azərbaycan Beynəlxalq Bankının ATM-lərindən istifadə etmək şərtilə növbəti üç ay ərzində pensiyalarını bu kartlarla ala bilərlər. Müddəti uzadılmış pensiya kartları nağdsız ödənişlər üçün də keçərlidir. Bu kartlar vasitəsilə Azərbaycan Beynəlxalq Bankının POS terminallarında məhsul və xidmətlərin dəyərini nağdsız ödəmək olar.
"Böyüklərə hörmətlə” təşəbbüsünün məramına uyğun olaraq Azərbaycan Beynəlxalq Bankı pensiyaya yenicə çıxmış, amma pensiya kartını hələ bankdan götürməmiş şəxslərə kartların evlərində çatdırılması, eyni zamanda ucqar yaşayış məntəqələrində yaşayan pensiyaçılar üçün səyyar ATM-lərin göndərilməsi istiqamətində də tədbirlər hazırlayır. Bu barədə əlavə məlumat veriləcək.
Azərbaycan Beynəlxalq Bankı bütün müştəriləri kimi pensiya kartı sahiblərinə də ödənişlərini mümkün qədər nağdsız aparmağı tövsiyə edir. Bu zaman onlar həm bankın yaratdığı kəşbək imkanlarından faydalanacaq, həm də dövriyyə zamanı əldən-ələ keçərək infeksiyanın yayılmasına şərait yaradan kağız pulların sağlamlıq üçün yaratdığı risklərdən qorunmuş olacaqlar.
22:02 / 26 Oktyabr 2026
1
21:58 / 26 Oktyabr 2026
12
21:53 / 26 Oktyabr 2026
16
21:44 / 26 Oktyabr 2026
34
21:32 / 26 Oktyabr 2026
34
21:30 / 26 Oktyabr 2026
37
21:05 / 26 Oktyabr 2026
608
21:02 / 26 Oktyabr 2026
66
20:56 / 26 Oktyabr 2026
68
20:30 / 26 Oktyabr 2026
73
20:26 / 26 Oktyabr 2026
75
20:17 / 26 Oktyabr 2026
73
20:07 / 26 Oktyabr 2026
92
19:57 / 26 Oktyabr 2026
65
19:43 / 26 Oktyabr 2026
90
19:17 / 26 Oktyabr 2026
76
19:00 / 26 Oktyabr 2026
78
18:47 / 26 Oktyabr 2026
90
18:36 / 26 Oktyabr 2026
107
18:20 / 26 Oktyabr 2026
87
18:10 / 26 Oktyabr 2026
86
17:45 / 26 Oktyabr 2026
189
17:01 / 26 Oktyabr 2026
124
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.