Qaynar xətt:

(+99450) 247 90 86

Azərbaycanda karantində 2 126 nəfər var - RƏSMİ

Azərbaycanda karantində 2 126 nəfər var - RƏSMİ

REDAKTORUN SEÇİMİ

850

24.03.2020, 18:14

Azərbaycanda koronavirus infeksiyasının yayılmasının qarşısının alınması və infeksiyaya yoluxma hallarının müəyyənləşdirilməsi məqsədilə müxtəlif xəstəxanalarda yaradılmış karantin zonalarında 2 126 nəfərin müayinəsi ilə bağlı müvafiq tədbirlər görülür.
Bu barədə Oxu24.COM-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.
Qeyd olunub ki, koronavirusa yoluxma halları həm Azərbaycana xaricdən gələn şəxslər sırasında, həm də ölkə daxilində insanların bir-birini yoluxdurması faktları üzrə aşkarlanır.